Vakansiya haqqında
Təsvir
Kredit və təminat müqavilələrinin bağlanması üçün zəruri olan korporativ qərarların
(Səhmdarların Ümumi Yığıncağının protokolu, Müşahidə Şurasının və ya Direktorlar Şurasının qərarı və s.)
qanunvericiliyə və nizamnaməyə uyğunluğunu yoxlamaq, nizamnamələri təhlil etmək, etibarnamələrlə
işləmək;
Korporativ müştərilərlə bağlanan kredit//kredit xətləri,
ipoteka//girov müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
Bankda kredit axınının sürətli olmasını nəzərə alaraq, müqavilə paketlərinə qısa müddətdə,
lakin heç bir hüquqi boşluq buraxmadan rəy vermək;
Daxil olan sorğulara
hüquqi rəy verilməsində iştirak etmək.
Tələblər
Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (Magistr dərəcəsi
üstünlükdür);
Azərbaycan Respublikasının Mülki Məcəlləsini (xüsusilə
öhdəliklər, kredit, girov, ipoteka, zaminlik institutları), həmçinin Mərkəzi Bankın kredit əməliyyatları və
risklərin idarə edilməsi ilə bağlı normativ aktlarını bilmək;
Daşınmaz
əmlakın dövlət reyestri, daşınar əmlakın reyestri və notariat kontorları ilə işləmə təcrübəsinə malik
olmaq;
Bank sektorunda və ya bankların hüquq departamentlərində məhz
kredit və təminat müqavilələri sahəsində ən azı 2-4 il iş təcrübəsi;
Kredit mütəxəssisləri, risk menecerləri və filial şəbəkəsi ilə operativ koordinasiya qurmaq
bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
