Vakansiya haqqında
İş yeri: Bakı şəhəri / layihə
ərazisi
Struktur bölmə:
İstehsalat-Texniki Şöbə (PTO)
Vəzifə
haqqında
CORE CONSTRUCTION MMC tikinti layihələrinin
texniki sənədləşdirilməsi, işlərin planlaşdırılması və icra prosesinə nəzarətin təmin edilməsi məqsədilə komandamıza
İstehsalat-Texniki Şöbə Mühəndisi (PTO) vəzifəsi üzrə təcrübəli və məsuliyyətli əməkdaş
axtarır.
Əsas vəzifə
öhdəlikləri
Tikinti layihələri üzrə işçi sənədlərin, texniki hesabatların və icra sənədlərinin
hazırlanması;
Layihə və işçi çertyojların təhlili, texniki tələblərə
uyğunluğun yoxlanılması;
İşlərin icra qrafiklərinin hazırlanmasında və
yenilənməsində iştirak etmək;
Yerinə yetirilmiş işlərin həcmlərinin
hesablanması və yoxlanılması;
Görülmüş işlərə dair aktların, arayışların
və digər texniki sənədlərin hazırlanması;
Tikinti sahəsindən daxil olan
məlumatların təhlili və hesabatların hazırlanması;
Layihə, smeta və
faktiki icra göstəricilərinin müqayisə edilməsi;
Layihə rəhbərliyi və
digər aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi;
Tikinti
işlərinin təsdiq olunmuş layihəyə, texniki normalara və standartlara uyğunluğuna nəzarətdə iştirak
etmək.
Tələblər
Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli
ixtisas);
Tikinti sahəsində PTO mühəndisi vəzifəsi üzrə iş
təcrübəsi;
Tikinti layihələri və texniki sənədlərlə işləmək
bacarığı;
AutoCAD və MS Office proqramlarında işləmək
bacarığı;
İş həcmlərinin hesablanması və texniki hesabatların
hazırlanması üzrə biliklər;
Tikinti norma və qaydaları haqqında məlumatlı
olmaq;
Analitik düşünmə, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək
bacarığı.
İş şəraiti
Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;
Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən edilir;
Peşəkar inkişaf və böyük tikinti layihələrində iştirak imkanı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini
mövzu hissəsində “PTO mühəndisi” qeyd etməklə şirkətinMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
