Vakansiya haqqında
Vəzifə öhdəlikləri
İstehsal olunan və idxal edilən metal məhsullarının, boru kəməri həllərinin və
avadanlıqların beynəlxalq və daxili yükdaşımalarının (Avto, Dəmir yolu, Dəniz, Hava) təşkili və
izlənilməsi.
Ən əlverişli marşrutların və nəqliyyat növünün seçilməsi,
nəqliyyat xərclərinin optimallaşdırılması.
Nəqliyyat/ekspeditor
şirkətləri və gömrük brokerləri ilə danışıqların aparılması, optimal qiymət təkliflərinin toplanması və
müqavilələrin bağlanması.
Yüklərin daşınma prosesinə, çatdırılma
müddətinə, təhlükəsizliyinə və Bakı, Sumqayıt, eləcə də ölkə regionlarındakı müştərilərə vaxtında çatdırılmasına
nəzarət edilməsi.
Gömrük rəsmiləşdirilməsi və yükdaşımalar üçün tələb
olunan sənəd paketinin (CMR, Konosament, Bəyannamələr, İnvoys, Packing list, Çatdırılma aktları) hazırlanması və
dəqiqliyinin təmin edilməsi.
Daşımalar və logistika xərcləri üzrə dövri
hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər
Təhsil: Ali təhsil (İqtisadiyyat, Logistika və ya Texniki sahələr
üzrə).
İş Təcrübəsi: Logistika və beynəlxalq/daxili
yükdaşımalar sahəsində minimum 1-3 il iş təcrübəsi (metal və ya sənaye məhsullarının logistikası üzrə təcrübə
üstünlükdür).
Dil Bilikləri: Azərbaycan dili (sərbəst),
Rus dili (arzuolunan), İngilis dili (arzuolunan).
Kompüter
Bilikləri: MS Office (xüsusilə MS Excel üstün səviyyədə).
Xüsusi Biliklər: Incoterms 2020 qaydalarını, beynəlxalq daşıma normalarını və
gömrük sənədləşmə prosedurlarını yaxşı bilmək.
Şəxsi
Keyfiyyətlər: Analitik düşüncə, danışıqlar aparmaq və qiymət razılaşdırmaq bacarığı, stressə davamlılıq və
operativ qərar vermə yetənəyi.
İş şəraiti
İş qrafiki: Bazar ertəsi – Cümə (09:00 - 18:00)
Əməkhaqqı: Müsahibə əsasında təyin olunur
Ünvan:
Çinar Plaza, Heydər Əliyev pr. 152.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Əlaqə telefonu: +994 10 256 07 06
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
