Vakansiya haqqında
Pizza Mizza-nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq
və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda
pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi
yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq
istəyidir.
“Pizza Mizza” MMC-yə “Ofis Menecer”tələb olunur.
Vəzifə öhdəlikləri:
Ofisin gündəlik fəaliyyətini təmin etmək;
Telefon zənglərinin, məktubların və e-maillərin qəbulunu və yönləndirilməsini həyata
keçirmək;
Qonaqların qarşılanması və qəbul qaydalarının
təşkili;
Ofis ləvazimatları, təsərrüfat və texniki vasitələrin təminatı
və uçotunun aparılması;
Sənədlərin qeydiyyatı, arxivləşdirilməsi və
sistemləşdirilməsinə nəzarət etmək;
Görüş, iclas və tədbirlərin təşkili
üçün inzibati dəstək göstərmək;
Rəhbərliyin tapşırıqlarının vaxtında və
dəqiq icrasını təmin etmək;
Ofis daxilində intizam və nizam qaydalarına
nəzarət etmək;
İnzibati hesabatların hazırlanması və təqdim
edilməsi.
Namizədə tələblər:
Ali təhsil;
Ofis idarəçiliyi və ya
inzibati işlər sahəsində ən azı 1 il iş təcrübəsi;
Azərbaycan və rus
dillərində sərbəst danışıq;
MS Office proqramlarından sərbəst istifadə
bacarığı;
Təşkilatçılıq bacarığına malik olmalı;
Ünsiyyətcil, operativ və məsuliyyətli olmalıdır;
Peşəkar görünüş,səlis danışıq və ünsiyyət bacarığı olmalı;
İş şəraiti:
İş qrafiki: Həftə içi 5 gün (09:00 – 18:00);
Rəsmiləşdirmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun;
Əmək haqqı: 800 AZN;
Nahar şirkət tərəfindən təmin
olur;
İş yeri: Babək Plaza (Xətai metro yaxınlığı)
Maraqlanan şəxslər 050-291-77-35 əlaqə nömrəsinə yazmaqla əlaqə saxlaya bilər və ya
CV-lərini “Ofis meneceri” başlığı altındaMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
