Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Müəssisənin bütün maliyyə və təsərrüfat əməliyyatlarını, o cümlədən mal və
xidmətlərin alışı və satışını 1C proqram təminatına əlavə etmək;
Bütün
əməliyyatları uçot sistemində düzgün əks etdirmək və mühasibat hesabatlarının hazırlanması üçün əsas məlumat
bazasını yaratmaq;
Müəssisə tərəfindən həyata keçirilən alış və satış
əməliyyatları üzrə elektron qaimə-fakturaları Dövlət Vergi Xidmətinin elektron portalında hazırlamaq və
göndərmək;
E-qaimə əməliyyatlarının 1C proqramında düzgün uçota
alınmasını təmin etmək;
Hesab-fakturaların sistemə düzgün daxil
edilməsinə nəzarət etmək, uyğunsuzluqlar yarandıqda onları aradan qaldırmaq;
Yerli və xarici ödənişləri icra etmək;
Vergi
kargüzarlıq sistemini mütəmadi yoxlamaq, daxil olan məktubları izləmək.
Namizədə dair tələblər:
Təhsil: Ali təhsil;
Dil biliyi: İngilis dili biliyi;
Təhsil: Maliyyə, mühasibat və iqtisadiyyat üzrə ali
təhsil.
Mühasibat uçotu, Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə
biliklər;
Exceldə mürəkkəb funksiyalarla işləmə
bacarığı;
1C proqramlarında sərbəst işləmək
bacarığı;
E-qaimə-faktura sistemi, E-taxes portalı, E-Tender, statistika
portalları ilə işləmə bacarığı.
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə, pdf
şəklindəMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
