Vakansiya haqqında
İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş
ərazi)
Vəzifə öhdəlikləri:
Xidmət tərəfindən həyata keçirilən tikinti, bərpa, yenidənqurma və digər
infrastruktur layihələri üzrə daxili audit və monitorinq tədbirlərində iştirak etmək;
Tikinti və quruculuq işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə, texniki cizgilərə,
müqavilə şərtlərinə, keyfiyyət planlarına və müvafiq normativ tələblərə uyğunluğunu yoxlamaq;
Tikinti obyektlərində faktiki yerinə yetirilmiş işlərin həcmini, keyfiyyətini və texniki
göstəricilərini layihə sənədləri və təsdiq edilmiş smeta göstəriciləri ilə müqayisəli təhlil
etmək;
Layihələrin icrası zamanı istifadə olunan tikinti materiallarının,
avadanlıqların və görülən işlərin müəyyən edilmiş texniki spesifikasiyalara və keyfiyyət standartlarına uyğunluğunu
qiymətləndirmək;
Tikinti-quraşdırma işləri üzrə görülmüş iş aktlarını,
texniki hesabatları, icra sənədlərini və digər təsdiqedici sənədləri təhlil etmək, sənədlərlə faktiki icra vəziyyəti
arasındakı uyğunsuzluqları aşkar etmək;
Layihələrin idarə edilməsi,
texniki nəzarət, keyfiyyətə nəzarət və əməyin mühafizəsi (SƏTƏM) üzrə tətbiq olunan prosedurların effektivliyini və
müvafiq tələblərə uyğunluğunu qiymətləndirmək;
Audit yoxlamaları zamanı
aşkar edilmiş nöqsanları, texniki uyğunsuzluqları və riskləri sənədləşdirmək, onların aradan qaldırılması
istiqamətində təklif və tövsiyələr hazırlamaq;
Keçirilmiş audit və
monitorinq tədbirlərinin nəticələri üzrə arayışlar, analitik materiallar və audit hesabatları
hazırlamaq;
Audit nəticələri əsasında verilmiş tövsiyələrin və müəyyən
edilmiş düzəldici tədbirlərin icra vəziyyətini izləmək, təkrar yoxlamalarda iştirak etmək;
Daxili auditin müstəqilliyi, obyektivliyi, peşə etikası və məxfilik prinsiplərinə riayət
etmək;
Fəaliyyət istiqamətinə uyğun olaraq Daxili audit departamentinin
rəhbərliyi tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
Ali təhsil (inşaat mühəndisliyi, mülki tikinti, sənaye və mülki tikinti, layihələrin
idarə edilməsi və ya digər müvafiq texniki ixtisaslar üzrə);
MS Office
proqramlarında işləmək bacarığı;
Tikinti, layihələrin idarə edilməsi,
texniki nəzarət və ya texniki audit sahələrində ən azı 2 (iki) il iş təcrübəsi;
Tikinti sahəsində qüvvədə olan normativ hüquqi aktları, tikinti norma və qaydalarını, texniki
standartlar, keyfiyyət tələblərini və SƏTƏM üzrə əsas prinsipləri bilmək;
Daxili audit, daxili nəzarət, risklərin idarə edilməsi və audit prosedurları barədə biliklərə
malik olmaq;
Hesabatın hazırlanması və yazılması
bacarığı.
Təklif olunur:
Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
Peşəkar inkişaf;
Dövlət layihələrində iştirak etmək
imkanı.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan
CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Layihələr və texniki işlər
üzrə daxili audit” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
