Vakansiya haqqında
Müəssisə:Bakı Qida və Yağ Fabriki MMC
Vəzifı öhdəlikləri:
Baş elektrik və avtomatika mütəxəssisinin təlimatlarına əsasən texniki işləri yerinə
yetirmək;
İstehsalat sahələrində elektrik və avtomatika sistemlərinin
fasiləsiz fəaliyyətini təmin etmək;
Elektrik mühərrikləri, invertorlar,
panolar və kabel xətlərinin quraşdırılması, təmiri və texniki baxımını həyata keçirmək;
PLC sistemlərinin giriş-çıxış siqnallarını yoxlamaq, sensor və elektron cihazların
sazlanmasını təmin etmək;
Printerlərin, ölçmə cihazlarının və elektron
avadanlıqların təmiri və kalibrlənməsini aparmaq;
Yarımstansiyalarda və
yüksək gərginlikli elektrik şəbəkələrində müvafiq səlahiyyət çərçivəsində əməliyyatlar aparmaq;
Təzyiq, temperatur, pnevmatik və avtomatik idarəetmə sistemlərinin montajı, təmiri və
sazlanmasını həyata keçirmək;
Elektrik avadanlıqlarının diaqnostikası,
test edilməsi və nasazlıqların aradan qaldırılmasını təmin etmək;
İstehsalatda yaranan texniki nasazlıqlar barədə məsul şəxsləri məlumatlandırmaq və təhlükə
olduqda sistemin dayandırılması üçün tədbir görmək;
Əməyin mühafizəsi,
elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək, müvafiq icazə olmadan təhlükəli işləri icra
etməmək.
Texniki və nəzəri biliklər
Elektrik mühərriklərinin (0,25–500 kVt) iş prinsiplərini, qoşulma sxemlərini,
istismarını və təmirini bilməli;
Elektrik panolarının, yarımstansiyaların
(35/0,4 kV) və paylayıcı qurğuların iş prinsiplərini bilməli;
Elektrik
mühafizə, rele və avtomatik idarəetmə sxemlərini oxumağı və tətbiq etməyi bacarmalı;
Elektrik ölçmələri, avadanlıq və kabellərin test üsulları, torpaqlama tələblərini
bilməli;
PLC sistemlərinin, sensorların, invertorların və avtomatlaşdırma
avadanlıqlarının iş prinsiplərini bilməli;
Elektron cihazların
diaqnostikası, təmiri, sazlanması və kalibrlənməsini bacarmalı;
Temperatur, təzyiq, vakuum və sürət ölçmə sistemləri haqqında biliklərə malik
olmalı;
Elektrik enerjisinin paylanması, reaktiv gücün kompensasiyası və
enerji səmərəliliyi prinsiplərini bilməli;
Pnevmatik sistemlərin və
sənaye idarəetmə avadanlıqlarının iş prinsiplərini bilməli;
Elektrik
təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarını bilməli.
Biz nə təklif edirik:
İş yeri: Sumqayıt şəhəri, Bakı Qida və Yağ Fabriki MMC /
İstehsalat
İş qrafiki: 3 növbəli, 07:00–15:00,
15:00-23:00, 23:00-07:00
Nahar: Şirkət tərəfindən
təmin olunur
Servis xidməti: Şirkət tərəfindən
təmin olunur
Əməkhaqqı: Təcrübə və ixtisas
səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı
İş
mühiti: Regionun aparıcı FMCG şirkətində dinamik və innovativ korporativ mədəniyyət
Tələblərə cavab verdiyiniz halda CV-niziMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərməyiniz və ya hr.azersun.com portalında müraciət etməyiniz xahiş olunur.
Emailin mövzu hissəsində: “Elektrik-elektronçu” qeyd edilməlidir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
