Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
İstilik enerjisinin satışı üzrə uçotun aparılması və satış göstəricilərinin təhlil
edilməsi;
Abonentlər üzrə hesablanmış məbləğlərin, daxil olmuş
ödənişlərin və debitor borclarının uçotunun aparılması;
İstilik
enerjisinin satışına, ödənişlərə və debitor borclarına dair dövri hesabatların hazırlanması;
Vətəndaşların istilik enerjisinin hesablanması, borc məbləğləri və ödənişlərlə bağlı
müraciətlərinin araşdırılması, cavablandırılması;
Abonentlər üzrə
borcların yaranma səbəblərinin araşdırılması və borcların azaldılması istiqamətində təkliflərin
hazırlanması;
Ödənişlərin vaxtında və düzgün həyata keçirilməsinin
təşkili istiqamətində müvafiq işlərin görülməsi;
Abonent uçotu və
hesablaşmalarla bağlı uyğunsuzluqların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti üzrə tədbirlərin
görülməsi;
Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqların vaxtında və
keyfiyyətlə icra edilməsi.
Namizədlərə tələblər aşağıdakı kimidir:
İqtisadiyyat, maliyyə, mühasibat uçotu və ya əlaqəli ixtisaslar üzrə ali
təhsil;
Müvafiq sahə üzrə iş təcrübəsi
arzuolunandır;
Microsoft Office proqramlarında, xüsusilə Microsoft Excel
proqramında sərbəst işləmək bacarığı;
Hesabatların və xidməti sənədlərin
hazırlanması bacarığı;
Analitik düşünmə və məlumatları təhlil etmək
qabiliyyəti;
Vətəndaş müraciətləri ilə işləmək və rəsmi yazışmalar
aparmaq bacarığı;
Dəqiqlik, məsuliyyətlilik, operativlik və ünsiyyət
qurmaq bacarığı.
İş mühiti
İş yeri: Qaradağ rayonu, Lökbatan qəsəbəsi və Müşfiqabad
qəsəbəsi.
Vəzifə funksiyaları təsdiq olunmuş vəzifə təlimatlarına əsasən
icra olunur.
İş vaxtı- Bazar ertəsi-cümə
08:30-17:30
Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif
olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən (Qaradağ rayonu ərazisində
yaşayanlara üstünlük veriləcək) CV-lərini mövzu hissəsinə “İqtisadçı” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
