Vakansiya haqqında
“Hermes-S” MMC Sahə Rəisi vakansiyası elan edir
“Hermes-S” MMC tikinti layihələrinin sahədə düzgün, keyfiyyətli və
müəyyən edilmiş müddətlərdə icrasının təmin edilməsi məqsədilə Sahə Rəisi vəzifəsinə peşəkar və
məsuliyyətli namizədləri dəvət edir.
Vəzifə haqqında
Sahə Rəisi tikinti sahəsində işlərin təşkilinə, işçi briqadalarının və texniki
heyətin fəaliyyətinin koordinasiyasına, tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə, iş qrafiki, texniki və
normativ tələblərə uyğun icrasına nəzarət edəcək.
Əsas vəzifə və öhdəliklər
Tikinti sahəsində işlərin gündəlik təşkilini və koordinasiyasını həyata
keçirmək;
Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə, işçi
çertyojlar, texniki şərtlər və normativ tələblərə uyğun icrasını təmin etmək;
Tikinti işlərinin müəyyən edilmiş qrafikə uyğun və vaxtında yerinə yetirilməsinə nəzarət
etmək;
İşçi briqadalarının və sahədə çalışan işçilərin fəaliyyətini
təşkil və koordinasiya etmək;
Tikinti sahəsində işlərin ardıcıllığını və
səmərəli təşkilini təmin etmək;
Görülən işlərin keyfiyyətinə və texniki
tələblərə uyğunluğuna nəzarət etmək;
Tikinti materiallarının və
avadanlıqların sahədə düzgün və səmərəli istifadəsini təmin etmək;
Material və avadanlıqlara olan tələbatı müəyyən etmək və rəhbərliyə təqdim
etmək;
Tikinti işlərinin faktiki icra vəziyyətini qiymətləndirmək və
rəhbərliyə müvafiq məlumat vermək;
İşlərin ölçülməsi, görülmüş işlərin
aktlaşdırılması və təhvil-təslim proseslərində iştirak etmək;
Layihə və
texniki sənədlərdə aşkar olunan uyğunsuzluqlar barədə rəhbərliyi məlumatlandırmaq;
Aşkar edilmiş texniki və təşkilati problemlərin operativ şəkildə aradan qaldırılmasını təmin
etmək;
Subpodratçı təşkilatların və briqadaların fəaliyyətinin sahədə
koordinasiyasında iştirak etmək;
Tikinti sahəsində əmək intizamına riayət
olunmasına nəzarət etmək;
Əməyin mühafizəsi, texniki və yanğın
təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək;
Tikinti
sahəsində istifadə olunan alət, avadanlıq və digər maddi resursların qorunmasına nəzarət etmək;
Gündəlik və dövri görülmüş işlər barədə hesabatların hazırlanmasını təmin
etmək;
Rəhbərliyin tikinti layihəsi ilə bağlı verdiyi tapşırıqları
vaxtında və keyfiyyətlə icra etmək.
Namizədə qarşı tələblər
İnşaat mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali
təhsil;
Tikinti sahəsində Sahə Rəisi kimi 20 ildən artıq
iş təcrübəsi;
Yaş həddi: 50
yaşadək;
Tikinti layihələrinin sahədə təşkili və idarə olunması
üzrə geniş praktiki təcrübə;
Tikinti-quraşdırma işlərinin təşkili, icrası
və texniki nəzarəti üzrə geniş biliklər;
Layihə, işçi çertyojlar, texniki
şərtlər və digər tikinti sənədləri ilə işləmək bacarığı;
Tikinti norma,
qayda və standartları üzrə biliklər;
Tikinti işlərinin texnoloji
ardıcıllığı və icra qaydaları üzrə praktiki biliklər;
Tikinti
materialları, konstruksiyalar və avadanlıqlar üzrə geniş praktiki biliklər;
Tikinti-quraşdırma işlərinin keyfiyyətinə və layihə tələblərinə uyğunluğuna nəzarət etmək
bacarığı;
İşçi briqadalarının fəaliyyətinin təşkili, idarə olunması və
koordinasiyası üzrə təcrübə;
Subpodratçı təşkilatların fəaliyyətinin
koordinasiyası və işlərin icrasına nəzarət üzrə təcrübə;
Tikinti
işlərinin müəyyən edilmiş qrafikə uyğun və vaxtında icrasını təmin etmək bacarığı;
Görülmüş işlərin həcmlərinin müəyyən edilməsi, ölçülməsi və aktlaşdırılması üzrə
biliklər;
Tikinti sahəsində əmək intizamının və iş bölgüsünün düzgün
təşkilini təmin etmək bacarığı;
AutoCAD və MS
Office proqramlarında işləmək bacarığı;
Texniki sənədləşmə,
hesabat və tikinti üzrə icra sənədlərinin hazırlanması üzrə bacarıq;
Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydaları üzrə
biliklər;
Güclü liderlik, təşkilatçılıq və idarəetmə
bacarığı;
Analitik düşünmə və operativ qərarvermə
qabiliyyəti;
Yüksək məsuliyyət, intizam və
işgüzarlıq;
Komandada işləmək, işçi heyətini idarə etmək və effektiv
kommunikasiya qurmaq bacarığı.
Üstünlük hesab olunur
Böyükhəcmli və mürəkkəb tikinti layihələrində iş təcrübəsi;
Sahə rəisi, baş usta, iş icraçısı və ya digər rəhbər vəzifələrdə iş
təcrübəsi;
Podratçı və subpodratçı təşkilatlarla iş
təcrübəsi;
Tikinti layihələrinin təhvil-təslim proseslərində iştirak
təcrübəsi;
Müvafiq peşəkar sertifikatların olması;
Tikinti sahəsində texniki sənədləşmə və hesabatların hazırlanması üzrə
təcrübə.
İş şəraiti
İş günləri: Həftənin 6 günü;
İş saatları: 09:00–18:00;
İş yeri: Xocavənd rayonu
Əmək haqqı: Namizədin peşəkar təcrübəsi, ixtisası, bilik və bacarıqları
nəzərə alınmaqla müsahibə əsasında müəyyən ediləcək;
Rəsmi əmək müqaviləsi;
Peşəkar və işgüzar əmək
mühiti;
Uzunmüddətli əməkdaşlıq imkanları.
Vakansiyaya müraciət etmək istəyən namizədlər CV və
portfoliolarını Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə təqdim edə
bilərlər.
CV-də namizədin təhsil məlumatları, əvvəlki iş təcrübəsi, rəhbərlik etdiyi və ya iştirak
etdiyi tikinti layihələri və peşəkar bacarıqları ətraflı şəkildə qeyd edilməlidir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
