Vakansiya haqqında
STEP IT Academy komandamıza sosial medianı sevən, trendləri izləyən və ideyalarını
kontentə çevirməyi bacaran Content Creator axtarırıq.
Əgər kreativ düşünür, mətn, story və video formatlarında maraqlı kontent yaratmağı
sevirsənsə, səni komandamızda görmək istəyirik.
Vəzifə öhdəlikləri
Sosial media kanalları üçün aylıq kontent planlarının hazırlanması və
icrası;
Post, story, reels və digər sosial media kontentlərinin
hazırlanması və paylaşılması;
Sosial media paylaşımları üçün mətnlərin və
kreativ konseptlərin hazırlanması;
Gündəlik aktiv və auditoriyanı cəlb
edən story-lərin hazırlanması;
Brend üslubuna uyğun kreativ kontent
ideyalarının və yeni formatların təklif edilməsi;
Video kontentlər üçün
ideya və senarilərin hazırlanması;
Ehtiyac olduqda video çəkilişlərində
iştirak və sadə video kontentlərin hazırlanması;
Peşəkar çəkilişlər üçün
kontent briflərinin hazırlanması və prosesin koordinasiyası;
Dizayner və
digər əməkdaşlarla kontent üzrə iş prosesinin koordinasiyası;
Buklet,
broşür və digər marketinq materialları üçün mətnlərin hazırlanması;
Kampaniya, yenilik və tədbirlərin sosial mediada effektiv
işıqlandırılması;
Sosial media trendlərinin və rəqib fəaliyyətlərinin
izlənilməsi;
Kontentin nəticələrinin izlənilməsi və inkişaf üçün yeni
təkliflərin verilməsi.
İxtisas tələbləri
Sosial media və kontent sahəsində minimum 2 il iş təcrübəsi;
Kontent planlaşdırılması və copywriting bacarığı;
Sosial media platformalarının və aktual kontent formatlarının yaxşı
bilinməsi;
Story, Reels və qısa video formatları ilə işləmə
bacarığı;
Video çəkilişi və mobil kontent hazırlığı üzrə baza
bacarıqları;
Kreativ düşüncə və güclü vizual zövq;
Planlaşdırma və koordinasiya bacarığı;
Azərbaycan
dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
Rus dili biliyi
üstünlükdür.
İş şəraiti
5 günlük iş həftəsi
Kreativ və dinamik iş
mühiti;
Maraqlı layihələr üzərində işləmək imkanı;
Peşəkar inkişaf və yeni ideyaları reallaşdırmaq üçün dəstək.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
