Vakansiya haqqında
“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Hüquqşünas” vəzifəsinə vakansiya
elan edir.
İş yeri: Bakı şəhəri
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
İş şəraiti
Tam sosial təminat (məzuniyyət və s.)
5 günlük iş həftəsi
Nahar fasiləsi:
12:00-13:00
Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat
Müəssisənin müxtəlif işlər üzrə Azərbaycan Respublikasının yurisdiksiyasında olan
məhkəmələrdə iddiaçı və ya cavabdeh qismində təmsil olunmasını təmin etmək;
Dövlət orqanlarında və qeyri-hökumət təşkilatlarında Müəssisənin qanuni mənafelərinin müdafiə
olunmasını təmin etmək;
Müəssisənin səlahiyyətlərinə aid olan məsələlərə
dair müqavilə layihələrini hazırlamaq, razılaşdırılmaq, səlahiyyətləri daxilində onlara rəy verib ekspertizasını
aparmaq və müqavilələrin bağlanması ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək, həmçinin bağlanmış müqavilələrə
əlavə və dəyişikliklərin edilməsinə dair təkliflər vermək;
AR
mülki, mülki-prosessual, kommersiya, miqrasiya, əmək, inzibati, vergi, mülki-hüquqi əqdlərin tərtib edilməsi,
onların bağlanması və rəsmiləşdirilməsi;
Qanunvericiliyin mütəmadi qaydada izlənilməsi, Müəssisəyə təsir edən məqamlar
üzrə müəssisədaxili kommunikasiyanın edilməsinə dəstək göstərmək;
Müəssisənin əcnəbi işçilərinə iş icazələrinin əldə edilməsi və qeydiyyat sənədi
almaq, habelə müvafiq işçilərin ailə üzvləri üçün yaşayış icazəsinin əldə edilməsi üçün sənədlərin toplanması,
Dövlət Miqrasiya Xidməti ilə işi əlaqələndirmək;
Dövlət
orqanlarından, digər hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə, o cümlədən hüquqi məslələrə dair
vətəndaşlar və Müəssisənin əməkdaşları tərəfindən ünvanlanan müraciətlərə (ərizə, sorğu və şikayətlərə) aidiyyəti
üzrə baxmaq və zəruri araşdırmanı apararaq cavablandırılması üçün məktub layihələrinin hazırlanması prosesində
iştirak etmək;
Zərurət olduqda müəssisəni dövlət idarəetmə, notariat,
mediasiya, məhkəmə, hüquq-mühafizə və digər icra orqanlarında, o cümlədən digər hüquqi və fiziki şəxslər qarşısında
təmsil etmək;
Müəssisənin fəaliyyəti çərçivəsində zəruri olan, o cümlədən
digər struktur bölmələrin müraciəti və ya Şöbə rəhbərinin tapşırığına əsasən hüquqi məsələlərə dair rəylərin
hazırlanmasını təmin etmək;
Müəssisənin struktur bölmələrinə hüquqi
dəstəyin göstərilməsini təmin etmək;
Müəssisə rəhbərinin tapşırıqlarına
uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək.
Tələblər:
Ali təhsilli,
Korporativ hüquq sahəsi
üzrə minimum 3 (üç) il iş təcrübəsinə malik olmaq;
AR mülki, Vergi,
Gömrük, İnzibati xətalar Məcəllələrini, Əmək, mülki-prosessual, kommersiya, miqrasiya, inzibati, vergi, mülki-hüquqi
qanunvericiliyi barədə biliklərə malik olmaq;
Sahəsinə aid olan hüquqi
sənədləri tərtib edə bilmək;
Azərbaycan dilini əla səviyyədə bilmək, rus
və ingilis dili arzuolunandır ;
MS Office proqramlarını əla səviyyədə
idarə etmək qabiliyyəti olmalı.
Qeyd:
Vergi və gömrük orqanlarında hüquq sahəsi üzrə iş təcrübəsinə malik
namizədlərə üstünlük veriləcək.
Namizədin şəxsi keyfiyyətləri:
Ciddi iş prinsipiallığı və hesabatlığın verilməsi ;
İşin planlaşdırılması bacarığı;
İşgüzar və hüquqi
yazışma bacarığı;
Ezamiyyə imkanları;
Fəal olması və komandada işləmək bacarığı.
Bu vəzifəyə müraciət etmək üçün CV-niMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Hüquqşünas” mövzu bölməsində
göstərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
