Vakansiya haqqında
Agha Financial Services MMC mühasibatlıq, vergi, maliyyə və biznes
konsultasiya xidmətləri sahəsində fəaliyyət göstərən peşəkar consulting şirkətidir. Şirkətimizin genişlənən
fəaliyyət istiqamətləri və artan müştəri portfeli ilə əlaqədar komandamıza məsuliyyətli və inkişaf yönümlü
Senior Tax Consultanttələb olunur.
Vəzifə öhdəlikləri
Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
Statistik hesabatların hazırlanması və təqdim edilməsi;
Mənfəət vergisi, ƏDV, ödəmə mənbəyində tutulan vergi, mədən vergisi, Aksiz vergisi, Torpaq
vergisi, əmlak vergisi və s. hesabatların hazırlanması və yoxlanılması;
“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə hesabat”-ının
hazırlanması və yoxlanılması;
Kameral uyğunsuzluq məktublarına müvafiq
cavabların yazılması;
Mühasibat proqramında əks etdirilmiş əməliyyatların
düzgünlüyünün və tamlığının yoxlanılması;
Dövlət Vergi Xidməti və digər
dövlət qurumları ilə yazışmaların aparılması;
Vergi orqanında mütəmadi
görüşlərin keçirilməsi;
Rəhbərlik üçün tələb olunan idarəetmə və daxili
hesabatların hazırlanması;
Kameral Vergi hesabatlarının araşdırılması və
müvafiq rəylərin hazırlanması;
Maliyyə hesabatlarının vergi aspektindən
təhlil edilməsi;
Tapşırıqların müəyyən edilmiş müddətlərdə və şirkətin
keyfiyyət standartlarına uyğun icrasının təmin edilməsi.
Namizədə tələblər
Bilməlidir
Azərbaycan Respublikası Vergi məcəlləsini ;
Vergi ilə əlaqəli digər qanunvericilik aktlarını, qanunları və
məcəllələri
Mühasibat uçotu, maliyyə və ya əlaqəli sahə üzrə bakalavr
və/və ya magistr təhsili;
Mühasibatlıq və vergi sahəsində minimum 3–5 il
iş təcrübəsi;
Vergi orqanları ilə iş və vergi yoxlamalarında iştirak
təcrübəsi;
Güclü analitik düşüncə, problem həll etmə və qərarvermə
bacarıqları;
MS Excel, Word (Xüsusilə exceli çox yaxşı bilməsi zəruridir)
proqramlarında sərbəst işləmək bacarığı;
Yeni iş mühitinə sürətli
uyğunlaşmaq və müxtəlif komandalarla effektiv işləmək bacarığı;
İş şəraiti
İş qrafiki: Həftə içi 5 iş günü
İş saatı:
09:00 – 18:00
Əmək haqqı: 1500 AZN (Gross)
İş yeri: Bakı şəhəri Yasamal rayonu
Karyera və
inkişaf imkanları
Təklif edirik
Müxtəlif sahələr üzrə praktiki təcrübə
Stabil və uzunmüddətli əməkdaşlıq
Peşəkar inkişaf
və təlim imkanları
Korporativ iş mühiti və dəstəkləyici
komanda
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
