Vakansiya haqqında
İş yeri: Bakı (mərkəzi ofis)
İş növü: Tam ştat
İş qrafiki: Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox
olmamaq şərtilə həftə içi 5 gün.
Əsas vəzifə öhdəlikləri:
Müqavilələrin və digər əqdlərin hazırlanması, hüquqi ekspertizası və
razılaşdırılmasını həyata keçirmək, müqavilə danışıqlarında iştirak etmək, müqavilə layihələrini Cəmiyyətin
maraqları və qanunvericiliyin tələbləri baxımından qiymətləndirmək və bu istiqamətdə hüquqi rəy və arayışlar tərtib
etmək;
Müqavilələrin icrası ilə bağlı hüquqi məsələləri və riskləri
müəyyən etmək və qiymətləndirmək, müqavilələrə əlavə və dəyişikliklərin, habelə xitam və digər əlaqəli sənədlərin
hazırlanmasını təmin etmək, müqavilə münasibətləri üzrə hüquqi məsləhət və dəstək göstərmək;
Normativ hüquqi aktların və normativ xarakterli sənədlərin hazırlanmasını, hüquqi
ekspertizasını və qanunvericiliyə uyğunluğunun təmin edilməsini həyata keçirmək, zəruri hüquqi təklif və rəylər
hazırlamaq;
Birgə müəssisələrin yaradılması və fəaliyyəti ilə bağlı
müqavilələrin və digər təsis sənədlərinin hazırlanmasını və hüquqi ekspertizasını həyata keçirmək, tərəflərin hüquq
və öhdəliklərini, idarəetmə və qərar qəbuletmə mexanizmlərini, iştirak paylarını və digər əsas şərtləri hüquqi
baxımdan tənzimləmək, danışıqlar prosesində hüquqi dəstək göstərmək və Cəmiyyətin maraqlarının qorunmasını təmin
etmək;
Birgə müəssisələrin təsisindən sonrakı korporativ prosedurların,
təsisçi (iştirakçı, ali idarəetmə orqanı və s.) qismində Cəmiyyət tərəfindən qəbul edilməli qərarların və digər
zəruri hüquqi tədbirlərin həyata keçirilməsini hüquqi baxımdan müşayiət etmək;
Hasilatın Pay Bölgüsü Sazişləri (PSA) üzrə rəhbərliyin tapşırıqlarını icra etmək, həmin
tapşırıqlar əsasında hüquqi araşdırmalar aparmaq, hüquqi arayış və rəylər hazırlamaq, aidiyyəti dövlət orqanları və
qurumlarına, habelə digər maraqlı tərəflərə ünvanlanacaq məktub və digər sənəd layihələrini hazırlamaq, müvafiq
qurumlarla hüquqi məsələlər üzrə kommunikasiya və koordinasiyanı təmin etmək, görülmüş işlər və əldə edilmiş
nəticələr barədə şöbə müdirinin müavininə məlumat və hesabat təqdim etmək;
Müxtəlif sahələr üzrə qanunvericiliyin tətbiqi ilə bağlı hüquqi arayışlar, rəylər və digər
analitik sənədlər hazırlamaq;
Dövlət satınalmaları sahəsində
qanunvericiliyin tətbiqi üzrə hüquqi dəstək göstərmək, satınalma sənədlərinin və qərar layihələrinin hüquqi
ekspertizasını həyata keçirmək, satınalma prosedurlarında yaranan hüquqi riskləri qiymətləndirmək və müvafiq rəylər
hazırlamaq;
Cəmiyyətin struktur bölmələrindən daxil olan sorğular
əsasında qanunvericiliyin və Cəmiyyətin Nizamnaməsinin tətbiqi ilə bağlı hüquqi məsləhət və yardım
göstərmək.
Tələb olunan bilik və bacarıqlar:
Azərbaycan dilini mükəmməl, rus dilini isə sərbəst səviyyədə
bilmək;
Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki Məcəlləni,
Torpaq Məcəlləsini, Şəhərsalma və Tikinti Məcəlləsini, Vergi Məcəlləsini, Əmək Məcəlləsini, Rəqabət Məcəlləsini,
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununu, "Yerin təki haqqında" Qanunu, "Lisenziyalar və
icazələr haqqında" Qanunu, "Ətraf mühitin mühafizəsi haqqında" Qanunu, “İnzibati icraat haqqında” Qanunu, korporativ
idarəetmə və investisiya fəaliyyəti ilə bağlı qanunvericiliyi və digər əlaqəli qanunvericilik aktlarını
bilmək;
Hasilatın pay bölgüsü sazişlərinin əsas prinsipləri, hüquqi və
müqavilə mexanizmləri üzrə biliklərə malik olması arzuolunandır.
Tələb olunan təhsil:
Ali təhsil (Hüquq ixtisası üzrə)
Tələb olunan iş təcrübəsi:
Müvafiq sahə üzrə 5 il iş təcrübəsi (Hasilatın pay bölgüsü sazişləri üzrə
təcrübəyə malik olması arzuolunandır).
Əmək haqqı və əlavə imtiyazlar:
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən
edilir.
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda)
iştirak etmək imkanı yaradılır.
Əməkdaşlara idmanla məşğul olmaq üçün
müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
Nəqliyyat
xidməti.
Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət
et düyməsində qeyd
olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
