Vakansiya haqqında
“Bakı Metropoliteni” QSC qatar maşinisti peşəsi üzrə təcrübə proqramı elan
edir!
Qatarların idarə olunması üzrə nəzəri biliklərin mənimsənilməsi (hərəkət mexanizmləri,
elektrik sistemləri və idarəetmə prinsipləri) sahəsində biliklərinizi artırmaq, həmçinin real iş şəraitində təcrübə
qazanmaq istəyən bütün namizədləri təcrübə proqramımıza qoşulmağa dəvət edirik!
Proqram sizə nə qazandıracaq?
6 ay müddətində nəzəri və praktiki biliklərlə zəngin intensiv
təlim;
Peşəkar mühitdə real iş təcrübəsi və mentor
dəstəyi;
Təcrübə dövründə aylıq əmək haqqı;
Təcrübənin sonunda davamlı işə qəbul imkanı;
Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı.
Seçim prosesi necə aparılır?
İxtisas üzrə test imtahanı;
Ətraflı
müsahibə;
Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan
testlər;
Sağlamlıq haqqında tibbi arayışın təqdim
edilməsi.
Sizi hansı öhdəliklər gözləyir?
Qatarların idarə olunması üzrə nəzəri biliklərin mənimsənilməsi (hərəkət
mexanizmləri, elektrik sistemləri və idarəetmə prinsipləri);
Qatar
maşinistinin gündəlik fəaliyyət qaydaları, təhlükəsizlik protokolları və təlimatları ilə
tanışlıq;
Məlumatların qeydiyyatı, nəzarət cihazlarının istifadəsi və
siqnal sistemlərinin işləmə mexanizmini öyrənmək;
Praktiki təlimlər
çərçivəsində simulyasiya və ya real vəziyyətlərdə maşinist köməkçisi kimi müşahidə və iştirak;
Fövqəladə və qəza hallarında davranış qaydalarını öyrənmək;
Simulyator, qəza oyunları və praktiki məşğələlər vasitəsilə real iş situasiyalarına
hazırlıq;
Peşəyə uyğun psixoloji və fiziki hazırlıq vərdişlərinin
formalaşdırılması.
Namizədlərdən tələblərimiz
Yaş həddi: 22 - 35;
Ali texniki, orta
texniki və ilk peşə ixtisaslı təhsil üstünlükdür;
Dİqqətli və
məsuliyyətli;
Operativlik və yüksək iş intizamı.
Metropoliten Sizə nə təklif edir?
Sabit və etibarlı iş mühiti;
Peşəkar
komandada inkişaf və karyera imkanları;
Metropolitendən ödənişsiz
istifadə imkanı;
Güzəştli nahar təminatı;
Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət
imkanı;
Psixoloji dəstək xidməti.
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında
qeydiyyatdan keçərək müvafiq vakansiya linki iləhttps://hr.metro.gov.az/vacancy/5650müraciətinizi
tamamlaya bilərsiniz;
Uğurlar!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
