Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Şirkətin reklam kampaniyaları (TVC) və sosial media platformaları üçün kreativ
motion qrafikaların hazırlanması;
Reklam çarxları, promo videolar,
teaserlər və digər rəqəmsal kontentlərin hissələrinin hazırlanması və montajı;
Video materialların montajı, rəng korreksiyası və səs effektləri ilə
işlənməsi;
Kreativ komanda ilə birlikdə reklam ideyalarının vizual
həllərinin hazırlanması;
Layihələrin brendin vizual üslubuna və
kreativ istiqamətinə uyğun icra edilməsi;
Hazırlanan materialların
müxtəlif rəqəmsal platformaların texniki tələblərinə uyğun adaptasiyası;
Paralel layihələrin idarə olunması və tapşırıqların müəyyən edilmiş vaxt çərçivəsində təhvil
verilməsi.
Tələblər:
Motion dizayn sahəsində minimum 1 il iş təcrübəsi;
Adobe After Effects proqramında peşəkar səviyyədə işləmək bacarığı;
Adobe Premiere Pro, Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək
bacarığı;
Motion qrafika, kompozisiya, tipoqrafika və animasiya
prinsipləri haqqında bilik;
Video montaj, ritm, keçidlər və vizual
hekayəçilik (visual storytelling) bacarığı;
Sosial media formatları
və rəqəmsal reklam kontentlərinin xüsusiyyətləri haqqında bilik;
Kreativ düşüncə və verilən brif əsasında müstəqil vizual həllər hazırlamaq
bacarığı;
Detallara diqqət, məsuliyyət və komanda ilə işləmək
bacarığı;
Süni intellekt əsaslı video və vizual kontent alətləri
ilə işləmək bacarığı;
Tələb olunanlara uyğun portfolio və əvvəlki
iş nümunələrinin təqdim edilməsi.
Üstünlük hesab olunur:
3D motion qrafika və vizual effektlər üzrə təcrübə;
Reklam agentliyi sektorunda iş təcrübəsi.
Qeyd: Portfolio təqdim edilməsi mütləqdir.
İş şəraiti:
5 günlük iş qrafiki;
İş yeri: Bakı
şəhəri, Hüseynbala Əliyev 32/24
Əmək haqqı namizədin bilik və
bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV və portfolioları e-mail vasitəsilə mövzu yerinə
“Motion dizayner” yazmaqlaMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya
tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
