Vakansiya haqqında
Grand Catering QSC vakansiya elan edir - Növbə
rəisiaxtarışındayıq.
Anbar və logistika sahəsində inkişaf etmək, məhsulların düzgün qəbulu, saxlanması və
uçotu proseslərində iştirak etmək və peşəkar komandada çalışmaq istəyən namizədləri komandamıza qoşulmağa dəvət
edirik.
Vəzifə öhdəlikləri:
Anbarda növbə rəisi yük daşınmaları, yükün anbara qəbulu və buraxılması prosesində
iştirak edir.
Anbarda növbə rəisi tabeliyində olan işçilərinə rəhbərlik
edir, onların fəaliyyətlərini istiqamətləndirir və əlaqələndirir.
Müvafiq
texnologiyaya əsasən, təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma
işlərinin vaxtında aparılmasında operativ idarəetmə nəzarətini həyata keçirir.
Anbara daxil olan və anbardan çıxarılan məhsullar barədə məlumatları müvafiq sistemə daxil
etmək.
Malların keyfiyyəti (keyfiyyətsizliyi) barədə rəhbərliyə məlumat
verir.
Təhlükəsizlik texnikasına və əməyin mühafizəsi qaydalarına riayət
edir.
İş yerində etik davranışı və əmək intizamını qoruyaraq digər
əməkdaşlara nümunə olur.
Anbar sahəsində olan xüsusi texnika və
tərtibatların düzgün istismar edilməsinə nəzarət edir.
İnventarlaşdırmanın aparılmasında iştirak edir.
Anbar əməliyyatları ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək.
İş vaxtından istifadənin yaxşılaşdırılması, əməyin fənd və metodlarından istifadə, ağır,
fiziki əməyin aradan qaldırılması, iş şəraitinin yaxşılaşdırılması təşkilinin bütün istiqamətlərindən istifadə
edilməsi işlərini təşkil edir.
İşdə fərqlənən işçilərin
həvəsləndirilməsi, əmək istehsalat intizamını pozanlar barəsində tədbir görülməsi haqqında təkliflər
verir.
Müqavilədə müəyyən olunmuş vaxtda malgöndərənlər tərəfindən
malların göndərilməsinə və saxlama müddətinə nəzarət edir.
Alınan
malların keyfiyyətinə nəzarət edir.
Tələblər:
Ali təhsil
Anbar sahəsində minimum 2 il
iş təcrübəsi
Azərbaycan dili – əla
MS Office proqramlarında və 1C 8.3 işləmək bacarığı
Diqqətlilik və detallara yönümlülük
Məsuliyyətli və
operativ yanaşma
Təşkilatçılıq və idarəetmə bacarığı
Sizə nə təklif edirik?
Şirkət tərəfindən təmin olunan nahar
Korporativ mobil nömrə və danışıq paketi
Peşəkar
inkişaf və karyera imkanları
Dinamik və inkişafyönümlü iş
mühiti
Ünvan: Bakı şəhəri, Qaradağ rayonu
Əməkhaqqı: 1100 AZN - NET
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
