Vakansiya haqqında
İş şəraiti
İş yeri: Abşeron Ticarət Mərkəzi (T/M)
Əməkhaqqı: 1500–2000 AZN + KPI bonusu
İş qrafiki: 6 günlük iş həftəsi
Biz kimik?
“Sahara Electronics” MMC 2013-cü ildən etibarən elektronika və məişət texnikası
sektorunda fəaliyyət göstərən, pərakəndə və topdan satış istiqamətləri üzrə geniş şəbəkəyə malik
şirkətdir.
Fəaliyyət istiqamətlərimizə pərakəndə və topdan satış,
distribütorluq, korporativ əməkdaşlıq və satışsonrası servis xidmətləri daxildir.
Bizim üçün uğur yalnız satış nəticələri deyil, həm də peşəkar komanda, müştəri məmnuniyyəti və
davamlı inkişaf deməkdir. İnnovasiyalara, keyfiyyətə və əməkdaşlığa verdiyimiz önəmlə fəaliyyətimizi daim inkişaf
etdirir, komandamıza qoşulan hər bir əməkdaşın ümumi uğurumuza töhfəsini dəyərləndiririk.
Sahara Electronics komandamıza elektronika və məişət texnikası sektorunda təcrübəli,
analitik düşünmə və planlaşdırma bacarıqlarına malik Kateqoriya meneceri (Stok meneceri) axtarırıq.
Vəzifə öhdəlikləri:
Elektronika və məişət texnikası üzrə məhsul kateqoriyalarının idarə
olunması;
Məhsul çeşidinin formalaşdırılması və kateqoriyalar üzrə
assortimentin optimallaşdırılması;
Satış dinamikasının, məhsul
dövriyyəsinin və bazar tələbinin təhlil edilməsi;
Məhsul ehtiyatlarının
planlaşdırılması və optimal stok səviyyəsinin təmin edilməsi;
Satış
proqnozlarına əsasən sifariş ehtiyaclarının müəyyənləşdirilməsi;
Məhsulların stokda mövcudluğunun və vaxtında təminatının izlənilməsi;
Yavaş dövr edən, hərəkətsiz və artıq stokda qalan məhsulların müəyyən edilməsi və müvafiq
tədbirlərin görülməsi;
Məhsul kateqoriyaları üzrə satış, gəlirlilik və
stok dövriyyəsi göstəricilərinin təhlili;
Təchizatçılarla məhsul
sifarişləri, çatdırılma müddətləri və kommersiya şərtləri üzrə koordinasiyanın aparılması;
Məhsulların alış və satış qiymətlərinin, marja və gəlirlilik göstəricilərinin təhlilində
iştirak;
Anbar və mağazalar arasında məhsul bölgüsünün və yerdəyişməsinin
optimallaşdırılması;
İnventarizasiya nəticələrinin təhlili və stok
fərqlərinin araşdırılması;
ERP və stok idarəetmə sistemində məlumatların
düzgünlüyünə nəzarət;
Rəhbərlik üçün mütəmadi satış, stok və kateqoriya
hesabatlarının hazırlanması.
Namizədə dair tələblər:
Elektronika və məişət texnikası sahəsində minimum 3 il iş
təcrübəsi;
Pərakəndə ticarət sektorunda kateqoriya meneceri, stok
meneceri və ya müvafiq istiqamətdə idarəetmə təcrübəsi;
Elektronika və
məişət texnikası məhsul kateqoriyaları üzrə geniş biliklər;
Məhsul
çeşidi, SKU idarəetməsi və stok planlaşdırılması üzrə praktiki təcrübə;
Satış analitikası, məhsul dövriyyəsi və tələb proqnozlaşdırılması
bacarığı;
Stok optimallaşdırılması və hərəkətsiz məhsulların idarə
edilməsi üzrə təcrübə;
Alış-satış qiymətləri, marja və gəlirlilik
göstəricilərini təhlil etmək bacarığı;
Təchizatçılarla danışıqlar və
koordinasiya bacarığı;
Excel üzrə yüksək səviyyədə
biliklər;
ERP və anbar idarəetmə proqramları ilə işləmək
təcrübəsi;
Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik və strateji
yanaşma;
Müstəqil qərarvermə və nəticəyönümlü işləmək
bacarığı.
İş şəraiti və əməkhaqqı:
Əməkhaqqı: 1 500–2 000 AZN + KPI bonus;
İş qrafiki: 6 günlük iş həftəsi;
İş saatları:
09:00–18:00;
Rəsmi əmək müqaviləsi.
Sahara Electronics-də sizi nə gözləyir?
Peşəkar və dinamik komanda;
Peşəkar
inkişaf və karyera imkanları;
Nəticələrə əsaslanan əlavə bonus
sistemi;
Korporativ və inkişafyönümlü iş mühiti.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Kateqoriya meneceri” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
