Vakansiya haqqında
İş rejimi: Tam iş günü
Əməkhaqqı: 600 AZN
Vəzifə Öhdəlikləri
Qonaqlardan daxil olan müraciətləri operativ şəkildə e-poçt, WhatsApp və əsas bron
platformaları (GetYourGuide, Viator, Airbnb və s.) vasitəsilə cavablandırmaq.
Rezervasiya edən müştərilər ilə bir başa əlaqə saxlayaraq onlara tur haqqında məlumatları
vermək, suallarını cavablamaq.
Birbaşa daxil olan müraciətləri effektiv
şəkildə satışa yönləndirmək və təklifləri təqdim etmək.
Müştəri
suallarını nəzakətli, peşəkar və brend standartlarına uyğun formatında cavablandırmaq.
Tur sonrasında müştərilər ilə məmnuniyyət sorğusu aparmaq, baş vermiş hər hansı problemli
hadisəni operativ problemləri sürətlə araşdırıb koordinasiya komandası ilə əlaqəli şəkildə həll
etmək.
Qonaq rəylərini (reviews) izləmək və platformalarda peşəkar
cavablar tərtib etmək.
Tələblər
Müştəri xidmətləri, turizm və ya satış sahəsində ən az 1 il
təcrübə.
İngilis dili - səlis səviyyədə (yazılı və
şifahi ünsiyyət yüksək səviyyədə olmalıdır; əlavə dil biliyi üstünlükdür).
WhatsApp Business, e-poçt və rezervasiya idarəetmə sistemləri ilə işləmək
bacarığı.
Yüksək ünsiyyət mədəniyyəti, nəzakətli ton və
operativlik.
Çoxsaylı mesaj axınını qarışdırmadan idarə etmək və
təşkilatçılıq qabiliyyəti.
Nə Təklif Edirik?
Sabit aylıq əməkhaqqı: 600 AZN
Performansdan asılı olan aylıq bonus sistemi
Dinamik və beynəlxalq mühitdə real əməliyyat təcrübəsi
Komanda ilə sıx əməkdaşlıq və peşəkar inkişaf imkanları
Ofis: Arena Plaza
İş saatları:
09:00-18:00
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
