Vakansiya haqqında
BERC Group MMC Ofis menecervakansiyası üzrə işə qəbul elan
edir.
İş barədə məlumat:
Ofisin gündəlik inzibati və təşkilati fəaliyyətinin tam şəkildə idarə
olunması
Ofis daxili proseslərin koordinasiyası və şöbələrarası effektiv
ünsiyyətin təmin edilməsi
Rəhbərlik üçün inzibati dəstəyin göstərilməsi,
tapşırıqların icrası və icra vəziyyəti barədə mütəmadi məlumatlandırma
Daxil olan zənglərin, elektron məktubların və yazışmaların cavablandırılması, yönləndirilməsi
və nəzarətdə saxlanılması
Müştərilərə və müraciət edən şəxslərə xidmətlər
barədə dəqiq və dolğun məlumatların verilməsi, aidiyyəti şöbələrə yönləndirilməsi
Rəsmi məktubların, ərizələrin, hesabatların, müqavilələrin və digər sənədlərin hazırlanması,
qeydiyyatı və düzgün arxivləşdirilməsi
Gündəlik kargüzarlıq işlərinin
aparılması, tapşırıqların icrasına nəzarət və gündəlik hesabatların hazırlanması
Görüşlərin, iclasların planlaşdırılması, təşkili və koordinasiyası
Qonaqların qarşılanması, yönləndirilməsi və ofis daxilində işgüzar ünsiyyətin
təşkili
Ofis ləvazimatlarının, texniki avadanlıqların və digər inzibati
ehtiyacların vaxtında təmin edilməsi
Təchizatçılar, kuryer və servis
xidmətləri ilə əməkdaşlıq və əlaqələrin idarə olunması
Şirkətin mebel və
inventarının uçotu, qorunması və vaxtında təmirinə nəzarət edilməsi
Təmizlik işlərinin və ofis otaqlarının səliqəli saxlanmasının təşkili
Daxili qaydalar, standartlar, iş intizamı və ofis etikası qaydalarına riayət olunmasına
nəzarət
Yeni əməkdaşların ofis daxili adaptasiya prosesinə dəstək
göstərilməsi
Rəhbərlik tərəfindən verilən digər inzibati və təşkilati
tapşırıqların vaxtında və keyfiyyətli icrası
Vəzifəyə dair bilik,bacarıqlar və tələblər:
Təhsil: Ali təhsil.
Təcrübə:Müvafiq sahədə minimum 1-2 illik iş təcrübəsi
Dil bilikləri:
Azərbaycan dilində səlis və aydın danışıq qabiliyyətinə malik
olması;
Rus dili biliyi mütləqdir;
İngilis dili biliyi üstünlükdür.
Texniki səriştələr:
MS Office proqramlarında (Word, Excel) yaxşı səviyyədə işləmə
bacarığı
Elektron poçt və telefon vasitəsilə işgüzar ünsiyyət qaydalarına
bələd olmaq
Sənədlərin hazırlanması, qeydiyyatı və saxlanılması üzrə baza
biliklər
Gündəlik kargüzarlıq və ofis daxili işlərin icrasında
operativlik
Görüş və iclasların planlaşdırılmasında ilkin dəstək
göstərmək bacarığı
Ofis texnikasından (printer, skaner və s.) istifadə
bacarığı
Təchizatçı və servis xidmətləri ilə ilkin əlaqələrin
qurulması
Davranış səriştələri:
İşgüzar etikaya və korporativ davranış qaydalarına riayət
Yüksək ünsiyyət və dinləmə bacarığı
Məsuliyyətli və
öyrənməyə açıq yanaşma
Vaxtın düzgün idarə olunması və tapşırıqlara əməl
etmə
Komandada işləmək və rəhbərliyin göstərişlərinə uyğun
fəaliyyət
Stressli vəziyyətlərdə nəzakətli və sakit
davranış
Dəqiqlik, intizam və nizam-intizamlı iş
tərzi
Müştəriyönümlü düşüncə və xidmət mədəniyyəti
Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.
BERC şirkətlər qrupu sizə nə vəd edir?
Rəqabət qabiliyyətli əmək haqqı
Korporativ nömrə və danışıq paketi
Təlim və
kurslardan endirimli yararlanmaq imkanı
İdman güzəştləri (Cəmiyyətin
ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;
Səmimi və peşəkar komanda
ilə müxtəlif əyləncəli tədbirlər;
Nahar yeməyinin
təşkili.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Əmək haqqı: 550 manat
Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə
bilər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
