Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Mühasibatlıq şöbəsinin fəaliyyətini təşkil etmək, əməkdaşlar arasında iş bölgüsünü
aparmaq və tapşırıqların vaxtında icrasına nəzarət etmək;
Şirkətin
maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün, tam və vaxtında əks etdirilməsini təmin
etmək;
İlkin mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsinə,
yoxlanılmasına, sistemləşdirilməsinə və saxlanılmasına nəzarət etmək;
Bank və kassa əməliyyatlarının uçotuna, ödəniş sənədlərinin düzgünlüyünə və hesablaşmaların
vaxtında aparılmasına nəzarət etmək;
Debitor və kreditor borclarının
uçotunu, kontragentlərlə qarşılıqlı hesablaşmaların və bank qalıqlarının üzləşdirilməsini təmin
etmək;
Əməkhaqqı, məzuniyyət, müavinət, mükafat və digər ödənişlərin,
həmçinin müvafiq vergi və sığorta öhdəliklərinin düzgün hesablanmasına nəzarət etmək;
Gəlir və xərclərin aid olduğu hesabat dövründə düzgün tanınmasını, gələcək dövr xərclərinin və
hesablanmış öhdəliklərin uçotunu təmin etmək;
Əsas vəsaitlərin,
qeyri-maddi aktivlərin və mal-material ehtiyatlarının uçotuna, amortizasiyanın hesablanmasına və inventarizasiya
nəticələrinin rəsmiləşdirilməsinə nəzarət etmək;
Kredit və cəlb edilmiş
vəsaitlər üzrə əməliyyatların, faizlərin, komissiyaların və müvafiq ehtiyatların mühasibat uçotunda düzgün əks
etdirilməsinə nəzarət etmək;
Aylıq, rüblük və illik hesabat dövrlərinin
bağlanmasını təşkil etmək, hesab qalıqlarını yoxlamaq və zəruri düzəlişlərin aparılmasını təmin
etmək;
Vergi və statistika hesabatlarının hazırlanmasına və vaxtında
təqdim edilməsinə, vergi və digər məcburi ödənişlərin icrasına nəzarət etmək;
Maliyyə hesabatlarının, Mərkəzi Banka və digər aidiyyəti qurumlara təqdim edilən hesabatların
hazırlanmasında iştirak etmək;
Rəhbərlik üçün mühasibat məlumatları və
müqayisəli xərc hesabatları hazırlamaq, aşkar edilmiş əhəmiyyətli uyğunsuzluqlar barədə məlumat
vermək;
Audit yoxlamaları üçün tələb olunan sənəd və məlumatları təqdim
etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılmasını təmin etmək;
Mühasibat proseslərinin, uçot proqramlarının və daxili nəzarət mexanizmlərinin
təkmilləşdirilməsində iştirak etmək.
Tələblər:
Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali
təhsil;
Müvafiq sahədə ən azı 5-7 il iş təcrübəsi; bank və ya BOKT
sahəsində təcrübə üstünlükdür;
Peşəkar Mühasib Sertifikatının (PMS)
olması üstünlükdür;
1C 8.3 proqramını yüksək səviyyədə
bilmək;
MS Office proqramları, xüsusilə Excel üzrə yüksək səviyyədə
bilik;
Vergi qanunvericiliyi, mühasibat uçotu və maliyyə hesabatlarının
hazırlanması üzrə biliklər;
Kredit əməliyyatlarının uçotu və portfel
məlumatlarının üzləşdirilməsi üzrə bilik və bacarıqlar;
Elektron hesabat
portallarında işləmək bacarığı;
Analitik düşüncə, dəqiqlik, məsuliyyət və
komandanın işini təşkil etmək bacarığı;
Azərbaycan dilini mükəmməl
bilmək; rus dili biliyi üstünlükdür.
İş barədə məlumat:
Əməkhaqqı: 2 000 AZN-dən başlayaraq;
İş yeri: Bakı şəhəri, Aşıq Molla Cümə küçəsi;
İş qrafiki: 5 günlük iş həftəsi, saat 09:00–18:00;
Komfortlu ofis şəraiti, müasir idarəetmə sistemi və mehriban komanda.
CV-nizi mövzu hissəsində “Mühasibatlıq şöbəsinin müdiri” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
