Vakansiya haqqında
"SAFETYEVER" MMC artan layihələri ilə əlaqədar SƏTƏM üzrə mütəxəssislərin işə qəbulunu
elan edir.
Əsas vəzifələr:
Gündəlik,həftəlik və aylıq SƏTƏM üzrə hesabatların təqdim
edilməsi
Sahədə yüksək riskli işlər üçün “ İşə İcazə “ vərəqələrinin
verilməsi və risk qiymətləndirilməsi prosesində birbaşa iştirak etmək
Layihədə işçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə
biliklərinin mütəmadi olaraq yoxlanılmasının təşkil edilməsi, imtahan və attestasiya proseslərinin idarə
olunması.
Sahələr üzrə planlı SƏTƏM təftişlərinin icra olunması və aşkar
edilmiş çatışmazlıqların icrasına nəzarət edilməsi
Baş verən
insidentlərin daxili prosedurlara uyğun araşdırılması, hesabatların tərtibi və düzəliş tədbirlərinin icrasına
nəzarət edilməsi
Sifarişçi şirkətlərin SƏTƏM üzrə mütəmadi sorğularının
cavablandırılması və koordinasiyanın təmin edilməsi.
Podratçıların
fəaliyyətinin SƏTƏM qaydalarına uyğunluğunun təmin edilməsi, birgə təftişlərin keçirilməsi və podratçı şirkətlərlə
koordinasiyanın qurulması
Layihə heyətinə SƏTƏM qaydaları və təhlükəsiz
iş metodları barədə zəruri təlimatların keçirilməsi və işçilərin məlumatlılıq səviyyəsinin
artırılması
Şirkətin daxili SƏTƏM siyasətinin, prosedur, təlimat və
qaydalarının layihə sahəsində tam tətbiq olunmasının təmin edilməsi
Namizədə Tələblər:
Ali təhsil (Fövqəladə Hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisası üzrə
üstünlükdür)
SƏTƏM sahəsində minimum 3 il iş
təcrübəsi
Aidiyyəti sahə üzrə sertifikatların mövcudluğu
(üstünlükdür)
Əmək qanunvericiliyi və SƏTƏM standartlarını
bilmək
Komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq
Əmək şəraiti:
İş rejimi: Növbəli (15/15)
İş saatları:
08:00-20:00
İş yeri: Daşkəsən və Göygöl rayonu
Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən təyin
olunacaq.
Təminatlar:
Qalmaq yeri şirkət tərəfindən təmin olunur
Gün ərzində 3 dəfə qidalanmaq şirkət tərəfindən qarşılanır.
Tələblərə uyğun gələn namizədlərdən CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis”
qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
