Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
”Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinin
tələbləri çərçivəsində açıq tender üsulunu tətbiq etməklə elektron satınalma, təkliflər sorğusu və kotirovka sorğusu
prosedurlarının keçirilməsinin təşkil edilməsi ilə bağlı işləri nəzarətdə saxlamalı;
Tender sorğularının hazırlanmasına və qiymətləndirilməsinə nəzarət etməli, əsaslar və tələb
olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prosesinin yekunlaşdırılmasını təmin
etməli;
Bazarın təhlilini, tələb olunan materialların daxili və xarici
bazarda araşdırılmasını, təchizatçı bazasının hazırlanmasını və təhlilini təmin etməli;
Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsinə nəzarət
etməli;
Təchizat sifarişlərinin düzgün idarə edilməsinin (yerləşdirmə,
nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması) nəzarətdə saxlanılmasını həyata
keçirməli;
Satınalma müqavilələrinin şərtlərinə əsasən müqavilə
öhdəliklərinin icrasına nəzarət etməli;
Təchizatçıların seçimi, analizi
və qiymətləndirilməsinin təmin etməli;
Sənədləşmələrin düzgün şəkildə
təşkil edilməsinə nəzarət etməli;
Rəhbərliyin digər tapşırıq və
göstərişlərini yerinə yetirməli.
Vəzifəyə dair tələblər:
Ali təhsil (hüquq, iqtisadi, texniki)
Azərbaycan, rus və ingilis dillərini bilməli;
Müvafiq sahədə (Satınalmalar üzrə) 3-5 il iş təcrübəsi;
Dövlət satınalmaları haqqında” qanun barədə yüksək səviyyədə
məlumatlılıq;
Microsoft Office proqramlarından istifadə bacarığı
(xüsusilə, Excel,Word);
Yüksək səviyyədə analitik düşünmə bacarığı və
məsuliyyətli olması;
Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür
(CİPS, CIPP, Dövlət
Satınalmaların Təşkili və İdarə olunması barədə).
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
Komanda ilə işləmək bacarığı;
Analitik
təhlil;
Dəqiqlik;
Məsuliyyətlilik.
İş qrafiki:
5 günlük iş rejimi (5 gün 09.00-18.00, şənbə günü 10:00-14:00)
İstirahət günləri - şənbə və bazar
Əmək haqqı 2310 AZN (GROSS) müəyyən ediləcək.
Uyğun namizədlər CV-lərini “Satınalmalar şöbəsinin
müdir müavini” başlığı iləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
