Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Şirkətin layihələri üçün müəyyən edilmiş brend üslubuna və kommunikasiya
strategiyasına uyğun vizual materialların hazırlanması;
Sosial media
platformaları üçün post, story, banner və digər digital vizualların hazırlanması;
Digital reklam kampaniyaları üçün müxtəlif format və ölçülərdə reklam bannerlərinin və
kreativlərin hazırlanması;
Reklam kampaniyaları, aksiyalar və xüsusi
layihələr üçün kreativ vizual konsepsiyaların hazırlanması;
Çap
materiallarının – buklet, flayer, kataloq, poster, banner, roll-up, billboard və digər reklam materiallarının
dizaynının hazırlanması;
Təqdimatların və digər korporativ materialların
vizual tərtibatının hazırlanması;
Mövcud dizaynların müxtəlif reklam
kanalları, format və ölçülərə uyğun adaptasiya edilməsi;
Fotoşəkillərin
işlənməsi, retuş və rəng korreksiyasının həyata keçirilməsi;
Çap üçün
nəzərdə tutulan dizayn fayllarının texniki tələblərə uyğun hazırlanması və çapa təqdim
edilməsi;
Hazırlanan materialların brendbook və şirkətin müəyyən edilmiş
vizual standartlarına uyğunluğunun təmin edilməsi;
Bütün kommunikasiya
kanallarında vahid vizual üslubun qorunmasına nəzarət edilməsi;
Content
Manager və digər aidiyyəti əməkdaşlarla koordinasiyalı şəkildə işləmək;
Kontent planına və reklam kampaniyalarının qrafikinə uyğun olaraq dizayn materiallarının
vaxtında hazırlanmasının təmin edilməsi;
Yeni dizayn trendlərini, vizual
kommunikasiya yanaşmalarını və rəqəmsal platformalardakı yenilikləri izləmək, uyğun həlləri şirkətin layihələrində
tətbiq etmək;
Eyni zamanda bir neçə layihə üzrə dizayn işlərini idarə
etmək və müəyyən edilmiş son tarixlərə (deadline) riayət etmək;
Hazırlanmış dizayn fayllarının sistemli şəkildə arxivləşdirilməsini və strukturlaşdırılmış
formada saxlanılmasını təmin etmək.
Brendbukların hazırlanması, mövcud
brendbukların yenilənməsi və brendin vizual standartlarının (loqo istifadəsi, rəng palitrası, tipoqrafiya, qrafik
elementlər və s.) sistemləşdirilməsi.
İş şəraiti:
Bakı şəhəri;
5 günlük iş həftəsi (09:00 –
18:00);
Əmək haqqı: 1600-2000 AZN (namizədin bilik, bacarıq və
təcrübəsinə əsasən müəyyən edilir).
Namizədə dair tələblər:
Ali təhsil;
Qrafik dizayn sahəsində
minimum 2 il iş təcrübəsi;
Adobe Photoshop, Adobe Illustrator
proqramlarında sərbəst işləmək bacarığı;
Adobe InDesign və digər dizayn
proqramlarını bilmək üstünlükdür;
Sosial media və digital reklam
formatları üzrə dizayn prinsiplərini bilmək;
Sadə animasiya və motion
dizayn proqramlarında işləmək bacarığı üstünlükdür.
Çap materiallarının
hazırlanması və çapa hazırlıq prosesləri haqqında bilik;
Kompozisiya,
tipoqrafiya, rəng nəzəriyyəsi və vizual iyerarxiya prinsipləri üzrə bilik;
Kreativ düşüncə və verilmiş brif əsasında fərqli vizual həllər təqdim etmək
bacarığı;
Brendbook və müəyyən edilmiş vizual standartlarla işləmək
bacarığı;
Detallara diqqət, yüksək məsuliyyət və işlərin vaxtında təhvil
verilməsi bacarığı;
Portfo Seçim mərhələsində portfolionun təqdim
edilməsi mütləqdir.
Göstərilən tələblərə cavab verən
namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Qrafik dizayner”qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
