Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00–18:00
Vəzifənin məqsədi
Şirkətin hüquqi fəaliyyətinin strateji idarə olunması, biznes proseslərinin hüquqi
baxımdan müşayiət edilməsi, hüquqi risklərin minimuma endirilməsi və qüvvədə olan qanunvericiliyin tələblərinə
uyğunluğun təmin edilməsi.
Əsas vəzifə və öhdəliklər
Hüquq departamentinin fəaliyyətinə rəhbərlik etmək, hüquqi strategiyanı hazırlamaq
və şirkətin biznes məqsədlərinə uyğun həyata keçirilməsini təmin etmək;
Şirkətin və əlaqəli hüquqi şəxslərin fəaliyyətinə kompleks hüquqi dəstək göstərmək, korporativ
idarəetmə proseslərini müşayiət etmək;
Pərakəndə satış fəaliyyəti ilə
bağlı hüquqi məsələləri, o cümlədən mağazaların icarəsi, təchizat, distribusiya, satınalma, xidmət və digər
kommersiya müqavilələrini idarə etmək;
Müqavilələrin hazırlanmasını,
hüquqi ekspertizasını, danışıqların aparılmasını və şirkətin maraqlarının müqavilələrdə qorunmasını təmin
etmək;
Şirkətin maraqlarını məhkəmələrdə, arbitraj proseslərində və
dövlət orqanları qarşısında təmsil etmək;
Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğunluğa nəzarət etmək, hüquqi riskləri müəyyənləşdirmək, qiymətləndirmək və onların idarə
olunması üzrə tədbirlər hazırlamaq;
Əmək, vergi, istehlakçı hüquqları,
rəqabət, reklam, kommersiya və digər hüquq sahələri üzrə rəhbərliyə və struktur bölmələrə hüquqi məsləhətlər
vermək;
Daxili normativ sənədlərin, siyasətlərin, prosedurların və
korporativ sənədlərin hazırlanmasını və hüquqi ekspertizasını təşkil etmək;
Biznes qərarlarının hüquqi nəticələrini qiymətləndirmək, rəhbərliyə əsaslandırılmış hüquqi
rəylər və tövsiyələr təqdim etmək;
Xarici hüquq məsləhətçiləri və digər
tərəfdaşlarla əməkdaşlığı idarə etmək;
Hüquq departamentinin komandasının
fəaliyyətini təşkil etmək, əməkdaşların peşəkar inkişafını və işin keyfiyyətli, vaxtında icrasını təmin
etmək.
Namizədə dair tələblər
Hüquq üzrə ali təhsil; magistr dərəcəsinin olması üstünlükdür;
Hüquq sahəsində minimum 8 il iş təcrübəsi, o cümlədən minimum 3–5 il rəhbər vəzifədə idarəetmə
təcrübəsi;
Pərakəndə satış (retail) sektorunda iş təcrübəsi
arzuolunandır və namizədin seçimində mühüm üstünlük hesab olunur;
Korporativ, kommersiya və müqavilə hüququ üzrə dərin bilik və praktiki
təcrübə;
Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Əmək Məcəlləsi,
Vergi Məcəlləsi və digər normativ-hüquqi aktları üzrə yüksək səviyyədə bilik;
Məhkəmə və arbitraj proseslərinin idarə edilməsi və şirkət maraqlarının təmsil olunması üzrə
təcrübə;
Bir neçə hüquqi şəxsi əhatə edən korporativ strukturda və ya iri
şirkətdə iş təcrübəsi üstünlükdür;
Azərbaycan dilində sərbəst, ingilis
dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı; rus dili biliyi üstünlükdür;
Xaricdə hüquq təhsili və ya beynəlxalq akademik/professional təcrübə
üstünlükdür;
Analitik düşüncə, strateji yanaşma, güclü danışıqlar və
qərarvermə bacarıqları;
Komandanı idarə etmək, prioritetləri
müəyyənləşdirmək və bir neçə hüquqi prosesi paralel şəkildə koordinasiya etmək bacarığı;
Yüksək məsuliyyət, dürüstlük, peşəkar etika və məxfi məlumatlarla işləmək
bacarığı.
Biz nə təklif edirik?
Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya
imkanları;
Böyük və dinamik pərakəndə satış şirkətində rəhbər vəzifədə
çalışmaq imkanı;
Strateji qərarların qəbulunda və biznesin inkişafında
birbaşa iştirak;
Peşəkar inkişaf və karyera
imkanları;
Müasir ofis şəraiti və əməkdaşlığa əsaslanan iş
mühiti;
Müxtəlif miqyaslı kommersiya və hüquqi layihələrdə iştirak
imkanı.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun hesab edilən namizədlərlə
əlaqə saxlanılacaq.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
