Vakansiya haqqında
Vəzifə
öhdəlikləri:
Bank əməliyyatlarının ERP-mühasibatlıq bazasında işlənməsi;
Qaimələrin tərtib edilməsi;
Debitor borclarının
uçotuna nəzarət edilməsi, üzləşmələrin aparılması və zəruri düzəlişlərin həyata keçirilməsi;
Bank hesabları üzrə üzləşdirmələrin (Bank Reconciliation) aparılması üçün təsdiqedici
sənədlərin və məlumatların hazırlanması;
Kreditor borcları (Accounts
Payable – AP) və ödəniş əməliyyatları üzrə məsul əməkdaşa dəstək göstərilməsi, zərurət yarandıqda həmin
funksiyaların əvəz edilməsi;
Rəhbərlik tərəfindən verilən digər mühasibat
və maliyyə tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə dair
tələblər:
Ali təhsil (Maliyyə, mühasibat uçotu və ya
iqtisadiyyat üzrə);
MS Office proqramlarında, xüsusilə MS Excel-də
sərbəst işləmə bacarığı (formullar, Pivot Table, VLOOKUP/XLOOKUP);
Mikro və ya digər mühasibat uçotu proqramları ilə işləmə bacarığı;
ERP sistemləri üzrə biliklərin olması üstünlükdür.
PMS, ACCA və digər yerli və beynəlxalq sertifikatların olması
üstünlükdür;
Müvafiq sahə üzrə 1 ildən 3 ilədək iş
təcrübəsi;
Azərbaycan dilində
səlis danışıq və yazı qabiliyyəti (ingilis və ya rus dili biliyinin olması üstünlükdür);
Analitik düşünmə bacarığı;
Dəqiqlik,
məsuliyyətlilik və detallara diqqət;
Komandada işləmək və effektiv
ünsiyyət qurmaq bacarığı;
Müstəqil qərarvermə və
təşəbbüskarlıq.
İş şəraiti:
Əmək haqqı: Razılaşma yolu
ilə
İş rejimi: 5
günlük;
İş saatı:
09:00-18:00;
Ünvan: Bakı
şəhəri, Nərimanov rayonu.
Vakansiyaya müraciət etmək üçün namizədlər
CV-lərini mövzu hissəsində “Mühasib”qeyd edərək Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
