Vakansiya haqqında
Bakı Gəmiqayırma Zavodu MMC “Təchizat üzrə icraçı” vakansiyası elan
edir.
İş yeri: Bakı şəhəri, Bakı-Astara magistral yolu, 25-ci km.
Biz hal-hazırda “Təchizat üzrə icraçı” axtarırıq. Uyğun namizəd
avadanlıq spesifikasiyalarını və çertyojları oxumağı, tenderləri idarə etməyi, yerli və beynəlxalq təchizatçılarla
danışıqlar aparmağı və materialların, uzun təchizat müddətli avadanlıqların vaxtında, optimal qiymətə və texniki
tələblərə tam uyğun çatdırılmasını təmin etməyi bacarmalıdır.
Vəzifə öhdəlikləri:
Təyin edilmiş kateqoriyalar üzrə mal və xidmətlərin təchizatının ucdan-uca idarə
edilməsi;
Satınalma sorğularının (MPR) tamlıq, sənəd düzgünlüyü və
texniki uyğunluq baxımından yoxlanılması;
Tender, RFQ, bidding və MRO
proseslərinin, o cümlədən uzun təchizat müddətli avadanlıqlar üzrə RFx proseslərinin idarə
edilməsi;
Kommersiya təkliflərinin qiymət, keyfiyyət, çatdırılma
müddəti və ödəniş şərtlərinə görə təhlili və müqayisəsi;
Satınalma
sifarişlərinin ERP sistemində açılması, icrası və izlənməsi;
Yeni
təchizatçıların müəyyən edilməsi, qiymətləndirilməsi və təchizatçı bazasının genişləndirilməsi;
Yerli və beynəlxalq təchizatçı və istehsalçılarla qiymət, texniki tələblər və müqavilə
şərtləri üzrə danışıqların aparılması;
Bazar trendlərinin, əmtəə
qiymətlərinin və təchizat müddətlərinin izlənilməsi, alternativ məhsul və mənbələrin təklif
edilməsi;
Texniki spesifikasiyaların, çertyojların və avadanlıq
sənədlərinin oxunması və təhlili;
Alınan mal və xidmətlərin texniki və
keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi;
Sifariş
logistikasının təşkili, yüklərin və çatdırılma qrafiklərinin izlənilməsi;
Gömrük və idxal sənədlərinin, material sertifikatlarının (MTC) və müayinə aktlarının təmin
edilməsi;
Təchizat müqavilələrinin, dəyişiklik və ləğvlərin və digər
müvafiq sənədlərin hazırlanması;
Faktura, ödəniş, valyuta məsələləri və
3-way match üzrə Maliyyə komandası ilə koordinasiya;
Gecikmiş çatdırılma,
zədələnmiş mal və keyfiyyət mübahisələrinin həll edilməsi;
Təchizat
fəaliyyətinin şirkət prosedurları və daxili nəzarət tələblərinə uyğunluğunun təmin edilməsi.
Təhsil, təcrübə və dil
tələbləri:
Təhsil səviyyəsi: Ali
Təhsil istiqaməti:
Mexanika, Elektrik, Elektronika, HVAC və ya müvafiq mühəndislik sahəsi;
SAP, Oracle və ya analoji ERP sistemləri və MS Excel üzrə bilik;
Sənaye / neft-qaz avadanlıqları sektorunda minimum 1 il təchizat üzrə
təcrübə;
Azərbaycan, ingilis və rus dillərində şifahi və yazılı istifadə
bacarığı;
Gəmiqayırma, dəniz (marine) və ya ağır sənaye sahəsində təcrübə
əlavə üstünlükdür;
CIPS / CPSM sertifikatı;
İxrac nəzarəti və trade compliance üzrə bilik;
Cost
saving və OTD/OTIF göstəricilərinin yaxşılaşdırılması üzrə nəticələr;
İş haqqında məlumat:
İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək;
Nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir;
Tibbi Sığorta təminatı.
Maraqlanan namizədlərdənMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmək xahiş
olunur. CV göndərilən zaman mövzu yerində mütləq müraciət edilən vəzifənin adı qeyd olunmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
