Vakansiya haqqında
Azera Holdinq, tərkibində fəaliyyət
göstərən Katan Tekstil MMC üçün Anbardar vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifələr:
Mal Qəbulu və Qeydiyyatı:Tekstil məhsullarının, xammalın və
aksesuarların anbarda qəbulu və müvafiq sənədləşdirilməsinin aparılması.
Anbarın Təşkili: Anbarda olan bütün məhsulların düzgün şəkildə
çeşidlənməsi, sistematik qaydada saxlanması və onlara asan çıxışın təmin edilməsi.
Mal Yerləşdirilməsi: Məhsulların müəyyən edilmiş sahələrdə yerləşdirilməsi,
materialların tipinə və istifadəsinə uyğun anbar ərazisinin təşkil edilməsi.
Stok İdarəetməsi: Anbarda olan məhsulların dəqiq uçotunun aparılması və stok
vəziyyətinin daimi izlənməsi, əskikliklərin və artıq məhsulların vaxtında müəyyən edilməsi.
Məhsulların İstehsalata Çıxışı: Məhsulların istehsalat prosesinə
yönləndirilməsi üçün lazım olan xammalın və digər materialların istehsalat bölməsinə təhvil
verilməsi.
Anbar Hesabatlarının Hazırlanması: Stok
vəziyyəti, məhsul qəbulu və çıxışı barədə aylıq və tələb olunduqda hesabatların hazırlanması (1C Proqramı
üzərindən) və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
Ali təhsil arzuolunandır
İş təcrübəsi
müvafiq sahədə 2 il
Azərbaycan dili əla,rus dili
üstünlükdür
Kompyuter proqramları biliyi: 1 C və MC Ofice proqramlarında
işləmək
Təmkinli və səbirli olması vacibdir.
İdarəetmə bacarığı, stressə davamlılıq, dəqiqlik,1C proqamında sərbəst
işləmək
İcraatında olan işi tələb olunan zamanda təhvil
vermək
Əlavə qeyd
Əmək haqqı: 1200 AZN (Net)
İş
yeri:Bakı şəhəri Ələsgər Qayıbov küç 1222
Həftə içi 5 gün,
09:00-18:00
Tekstil sahəsində təcrübəsi olması
arzuolunandır
Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Katan tekstil
anbardar” qeyd etməklə,Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
