Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Operator və anbar əməkdaşlarının işini təşkil etmək, iş yerlərinin optimal sayda
əməkdaşla təmin olunmasına nəzarət etmək.
Malların qəbulu,
yerləşdirilməsi, çeşidlənməsi, saxlanması və yüklənməsi proseslərinə rəhbərlik etmək və proseslərdə birbaşa iştirak
etmək.
Malların vaxtında qəbulu və yüklənməsini, həmçinin sifarişlərin
düzgün və operativ icrasını təmin etmək.
Anbar əməkdaşlarının işə
davamiyyəti, iş vaxtından səmərəli istifadəsi və boşdayanma hallarına nəzarət etmək.
Anbar üzrə inventarizasiyalarda iştirak etmək, aşkar edilmiş fərqlərlə bağlı müvafiq izahat və
məlumatları təqdim etmək.
Anbar daxilində əmək və istehsalat intizamına,
əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
Anbar ərazisinə kənar şəxslərin girişinin qarşısını almaq və müəyyən edilmiş giriş qaydalarına
nəzarət etmək.
Anbar üzrə mal hərəkəti ilə bağlı məlumatların sistemlərdə
düzgün və vaxtında işlənməsini təmin etmək.
Mədaxil və məxaric
sənədlərinin düzgün rəsmiləşdirilməsinə və təhvil verilməsinə nəzarət etmək.
Müəyyən edilmiş hesabatları hazırlamaq və rəhbərliyə vaxtında, dəqiq məlumat təqdim
etmək.
Şirkətin daxili standart, qayda, təlimat və biznes-prosedurlarına
uyğun fəaliyyət göstərmək.
Rəhbərliyin tapşırıq və göstərişlərini
vaxtında icra etmək.
İş proseslərinin və malların yerləşdirilməsinin
səmərəliliyinin artırılması ilə bağlı rəhbərliyə təkliflər vermək.
Anbar
əməkdaşlarının peşəkar inkişafına dəstək olmaq və iş proseslərinin təkmilləşdirilməsini təmin
etmək.
Tələblər:
Anbar, logistika və ya fulfilment sahəsində 1–2 il iş
təcrübəsi;
Komanda idarəetməsi və əməkdaşların iş bölgüsünü aparmaq
bacarığı;
Anbar prosesləri: qəbul, yerləşdirmə, picking, packing,
çeşidləmə vəsifarişlərin yığılması barədə anlayış;
Gündəlik iş planının
hazırlanması və tapşırıqların komandaya düzgünbölüşdürülməsi;
Sifarişlərin vaxtında və düzgün hazırlanmasına nəzarət;
KPI və performans göstəricilərini izləmək və nəticələri təhlil etmək
bacarığı;
İşçilərin davamiyyətinə, intizamına və əməyin təhlükəsizliyi
qaydalarına nəzarət;
Anbar qalıqlarının və məhsul hərəkətinin
düzgünlüyünə nəzarət;
Problemləri operativ müəyyən etmək və həll etmək
bacarığı;
Gərgin və intensiv iş şəraitində işləyə
bilmək;
Komanda ilə effektiv ünsiyyət və liderlik
bacarığı;
MS Excel və anbar idarəetmə sistemləri (WMS) ilə işləmək
bacarığı üstünlükdür;
Azərbaycan dili – rus dili yaxşı səviyyədə; ingilis
dili bilmək üstünlükdür;
Növbəli iş qrafikində işləməyə hazır
olmaq.
Əmək haqqı 1000-1300 Azn (Net)
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
