Vakansiya haqqında
Biz sadəcə mağaza meneceri axtarışında deyilik...
Biz bilirik ki, insanlara xidmət və rəhbərlik etmək heç də sadə iş deyil. Biz, dəbli
zövqə malik, xidmət edərkən müştərilər ilə ünsiyyətdən məmnunluq alan, özündən sonra davamçılar yetişdirə biləcək və
lider olacaq dəyərli əməkdaş axtarışındayıq. Axtarışın əsas səbəbi şəbəkəmizin günü gündən böyüməsi və yeni
filialların açılışıdır.
Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik
bir şirkətdir.
Hansı işləri görəcəksiniz:
Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin
görülməsi;
Komandanın satış qabiliyyətinin yaxşılaşdırılması üçün onların
motivasiya edilməsi;
Mağaza heyətinin daxili nizam-intizam qaydalarına və
iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
Satışın effektiv
həyata keçirilməsinin təmin edilməsi;
Müştəri məmnuniyyətinin qorunması
istiqamətində tədbirlərin təklifi və tətbiqi;
Mağaza daxilində yaranan
texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin
məlumatlandırılması;
Hansı super gücləriniz olmalıdır:
Texniki bacarıqlar: Ali təhsil, satış sahəsində iş təcrübəsi (minimum 3 il rəhbər
olaraq) və kompüter istifadəsi ( Ofis proqramları, 1C)
Dil bilgiləri:
Azərbaycan və rus dili sərbəst, İngilis dili üstünlük təşkil edir
Komanda
ruhu: Özündən sonra davamçılar yetişdirir, rəhbərlik etdiyi satış məsləhətçilərinin potensialını ortaya
çıxarır
Empatiya: Siz insanları hiss edir və onların ehtiyaclarını və
arzularını anlayırsınız.
Kreativlik: Siz standart olmayan həllər və
yanaşmalar tapırsınız.
Liderlik: Siz komandaya pozitiv və uğura can
atmaqla enerji verirsiniz.
Biz sizə nələr təklif edirik:
6 günlük növbəli qrafikdə iş rejimi;
Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
Partnyor olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq
imkanı;
Şirkət daxili təlim və inkişaf imkanları;
Karyera yüksəlişi imkanı;
Satış sahəsində
nailiyyətlərə görə bonuslar.
Fix 900 Azn və faizdən ibarət əmək haqqı
(Aylıq ortalama gəlir: 1200 – 2000 Azn)
Əgər siz də öz potensialınıza güvənir, satış sahəsində karyerə qurub inkişaf etmək
istəyirsinizsə və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi
“Mağaza rəhbəri” başlığı ilə Müraciət etdüyməsində qeyd olunanformu dolduraraq göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
