Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Fasiləsiz istehsalat şəraitində mexaniki avadanlıqların təhlükəsiz və dayanıqlı
istismarını təmin etmək
Fasiləsiz rejimdə çalışan istehsalat xətləri və
köməkçi mexaniki avadanlıqların texniki vəziyyətinə nəzarət etmək
Mexaniki avadanlıqlar üzrə planlı texniki baxış, profilaktik xidmət və təmir işlərinin təşkili
və icrasına rəhbərlik etmək
Qəza və texniki nasazlıqlar zamanı operativ
müdaxilə edərək istehsalatın minimum dayanma ilə davam etməsini təmin etmək
Ehtiyat hissələrinin uçotu, ehtiyacın planlaşdırılması və səmərəli istifadəsinə nəzarət
etmək
Texniki təhlükəsizlik və SƏTƏM qaydalarına riayət olunmasını təmin
etmək
Avadanlıqların istismar müddətinin artırılması və texniki risklərin
azaldılması üzrə təkliflər vermək
Texniki sənədlərin, təmir qrafiklərinin
və hesabatların hazırlanması
Namizədə
tələblər:
Ali təhsil (Mexanika mühəndisliyi və ya müvafiq sahə üzrə)
Rus və ingilis dili biliklərinin olması üstünlükdür. (Avadanlıqların texniki sənədləri və
sairə ilə əlaqədar olaraq)
Fasiləsiz istehsalat mühitində mexaniki
avadanlıqlar üzrə dərin biliklər
AutoCAD proqramını üzrə biliklər –
mütləqdir
Ağır sənaye və ya fasiləsiz istehsalat müəssisələrində təcrübə
üstünlükdür
Müvafiq sahə üzrə 5–7 il iş təcrübəsi
İş şəraiti:
Ünvan: Binəqədi rayonu, Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D,
döngə
6 günlük iş həftəsi, tam iş günü;
Mobil nömrə ilə təminat.
Nahar şirkət tərəfindən
qarşılanır.
Əmək
haqqı:3000 AZN (Razılaşma yolu ilə)
Mövzu hissəsində “Baş Mexanik”
qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına
göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
