Vakansiya haqqında
İş yeri: Bakı,
Azərbaycan
İş rejimi: Tam iş
günü
Sahə: Təhlükəsizlik sistemləri,
videomüşahidə və İT həlləri
Komandamızı genişləndirmək və diler şəbəkəmizin
inkişafını sürətləndirmək məqsədilə nəticəyönümlü, təşəbbüskar və aktiv satış bacarıqlarına malik Dealer
Sales Manager axtarırıq.
Vəzifə
öhdəlikləri
Azərbaycan bazarında yeni dilerlərin, resellerlərin, pərakəndə satış mağazalarının,
CCTV ustalarının və sistem inteqratorlarının müəyyən edilməsi və əməkdaşlığa cəlb olunması;
Potensial B2B müştərilərlə ilkin əlaqələrin qurulması, kommersiya təkliflərinin hazırlanması
və əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi;
Mövcud diler şəbəkəsi ilə
davamlı işgüzar münasibətlərin saxlanılması və satış həcminin artırılması;
Müştərilərə məhsul portfeli, qiymət siyasəti, xüsusi təkliflər və kampaniyalar haqqında
məlumat verilməsi;
Müştəri görüşlərinin, məhsul təqdimatlarının və
kommersiya danışıqlarının təşkili və aparılması;
Yeni müştərilərin ilk
sifarişlərinin təmin edilməsi və uzunmüddətli əməkdaşlığın qurulması;
Müştərilərin ehtiyaclarının təhlili və uyğun texnoloji həllərin təklif
edilməsi;
Rəqib şirkətlərin fəaliyyətinin, bazar qiymətlərinin və satış
strategiyalarının monitorinqi;
Satış planlarının icrası və müəyyən
edilmiş KPI göstəricilərinə nail olunması;
CRM sistemində müştəri
bazasının, görüşlərin və satış fəaliyyətinin müntəzəm yenilənməsi;
Satış
nəticələri, yeni müştərilər və bazar fəaliyyəti üzrə rəhbərliyə müntəzəm hesabatların təqdim
edilməsi.
Namizədə
tələblər
CCTV və təhlükəsizlik sistemlərinin satışı sahəsində minimum 2 il iş
təcrübəsi;
Yeni müştərilərin cəlb edilməsi və aktiv B2B satış üzrə
praktiki təcrübə;
Diler, reseller və distribütorluq satış modellərini
anlamaq;
Videomüşahidə avadanlıqları, təhlükəsizlik sistemləri və əlaqəli
texnoloji məhsullar haqqında biliklər;
Güclü ünsiyyət, təqdimat və
kommersiya danışıqları aparmaq bacarığı;
Müştəri bazası yaratmaq və
uzunmüddətli işgüzar əlaqələr qurmaq bacarığı;
Satış hədəflərinə
fokuslanmaq və nəticəyönümlü işləmək bacarığı;
CRM və MS Office
proqramları ilə işləmək bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və
yazı bacarığı;
Rus və ingilis dillərini bilmək
üstünlükdür;
Sürücülük vəsiqəsi və aktiv avtomobil idarəetmə təcrübəsi
üstünlükdür.
İş şəraiti
İş qrafiki: Həftədə 5 iş
günü
İş
saatları: 09:00–18:00 və ya 10:00–19:00
Əməkhaqqı: 700–1 000 AZN (namizədin bilik, bacarıq və iş
təcrübəsindən asılı olaraq müəyyən edilir).
Biz nə təklif
edirik?
Texnologiya və təhlükəsizlik sektorunda inkişaf edən şirkətdə karyera
imkanı;
Rəqabətqabiliyyətli əməkhaqqı və satış nəticələrinə, KPI
göstəricilərinə əsaslanan bonus sistemi;
Beynəlxalq brend və geniş məhsul
portfeli ilə işləmək imkanı;
Peşəkar inkişaf və məhsullar üzrə mütəmadi
təlimlər;
Dinamik və peşəkar komanda mühiti;
Karyera yüksəlişi və uzunmüddətli inkişaf perspektivi.
Bizim üçün vacib olan
nədir?
Biz sadəcə mövcud müştərilərlə işləyəcək
satış əməkdaşı deyil, bazarı araşdıran, yeni müştərilər tapan, diler şəbəkəsi quran və real satış nəticələri
əldə edən komanda üzvü axtarırıq.
Əgər siz aktiv satışa, yeni biznes imkanlarının yaradılmasına və nəticə əldə etməyə
fokuslanmış şəxssinizsə, komandamıza qoşulun!
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində
Dealer Sales Manager qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
