Vakansiya haqqında
Budgeting and Cost Control Specialist
Location:Baku, Azerbaijan
Company:“Clean Energy Cəbrayıl” LLC
Employment type:Full-time
Reports to:Cost Control and Performance Reporting Manager
Job summary
Support budgeting, cost control and financial reporting for renewable energy
projects. Help management understand spending, forecast cash requirements and identify potential cost overruns
early.
Key responsibilities
Support the preparation and periodic update of project and operating budgets with
the project and finance teams.
Track actual costs and expenditure
committed through contracts and purchase orders against approved budgets.
Analyse budget variances, highlight potential cost overruns and recommend corrective
actions.
Update cost-to-complete estimates, total project cost forecasts
and cash flow forecasts, including upcoming payment requirements.
Review
purchase requests, supplier invoices and payment requests for budget availability, supporting documents and
consistency with contract terms. Flag discrepancies to the manager before approval.
Assess the cost impact of project changes, delays and emerging risks on budgets and
forecasts.
Maintain accurate budget, commitment and payment records and
supporting documents.
Performance reporting
Prepare monthly budget-versus-actual reports and dashboards, highlighting cost
variances, trends and updated forecasts.
Prepare weekly cost and cash
flow updates as required.
Support the preparation of presentations for
management.
Stakeholder collaboration
Coordinate with engineering, procurement, construction and site teams to obtain
timely and accurate cost and progress information.
Reconcile cost records
with finance and accounting teams and support audits.
Attend site visits
as required to understand project progress and its cost implications.
Support improvements to budgeting, cost control and reporting processes.
Candidate requirements
Bachelor’s degree in Finance, Accounting, Economics, Engineering or a related
field.
At least 3 years of relevant experience in budgeting, cost control
or financial reporting.
Experience in energy, infrastructure or EPC
projects is an advantage.
Sound understanding of budgeting, cash flow
forecasting and accounting principles.
Strong Excel, data analysis and
problem-solving skills.
Experience with 1C or other ERP systems and Power
BI is an advantage.
Fluent written and spoken communication in
Azerbaijani and English.
Attention to detail and the ability to manage
deadlines across several projects.
Interested candidates may send their CV and cover letter to the e-mail address in
theApply for jobbutton, using
“Budgeting and Cost Control Specialist” as the subject.
Büdcələşdirmə və Xərclərə Nəzarət üzrə Mütəxəssis
İş yeri:Bakı, Azərbaycan
Şirkət:“Clean Energy Cəbrayıl” MMC
İş rejimi:Tam ştat
Tabe olduğu vəzifə:Xərclərə Nəzarət və Performans Hesabatlılığı üzrə
Menecer
İşin xülasəsi
Bərpa olunan enerji layihələri üzrə büdcələşdirmə, xərclərə nəzarət və maliyyə
hesabatlılığına dəstək vermək. Rəhbərliyə xərclər barədə aydın məlumat təqdim etmək, pul vəsaitlərinə olan tələbatı
proqnozlaşdırmaq və büdcənin aşılması risklərini vaxtında müəyyən etmək.
Vəzifə öhdəlikləri
Layihə və maliyyə komandaları ilə birlikdə layihə və əməliyyat büdcələrinin
hazırlanmasına və dövri yenilənməsinə dəstək vermək.
Faktiki xərclərin,
habelə müqavilə və satınalma sifarişləri üzrə xərc öhdəliklərinin təsdiq edilmiş büdcələrə uyğunluğunu
izləmək.
Büdcədən kənarlaşmaları təhlil etmək, büdcənin aşılması
risklərini müəyyən etmək və düzəldici tədbirlər təklif etmək.
Layihənin
tamamlanması üçün qalıq xərclər, ümumi layihə xərcləri və qarşıdakı ödənişlər nəzərə alınmaqla pul vəsaitlərinin
hərəkəti üzrə proqnozları yeniləmək.
Satınalma tələblərini, təchizatçı
hesab-fakturalarını və ödəniş sorğularını büdcədə vəsaitin nəzərdə tutulması, təsdiqedici sənədlər və müqavilə
şərtlərinə uyğunluq baxımından yoxlamaq. Uyğunsuzluqları təsdiqdən əvvəl rəhbərə bildirmək.
Layihə dəyişikliklərinin, gecikmələrin və yaranan risklərin büdcə və xərc proqnozlarına
təsirini qiymətləndirmək.
Büdcə, xərc öhdəlikləri və ödənişlər üzrə
qeydlərin və təsdiqedici sənədlərin dəqiq aparılmasını təmin etmək.
Performans hesabatlılığı
Büdcə və faktiki göstəricilərin müqayisəsi üzrə aylıq hesabatlar və idarəetmə
panelləri hazırlamaq, xərc kənarlaşmalarını, meyilləri və yenilənmiş proqnozları göstərmək.
Ehtiyac olduqda xərclər və pul vəsaitlərinin hərəkəti barədə həftəlik məlumatlar
hazırlamaq.
Rəhbərlik üçün təqdimatların hazırlanmasına dəstək
vermək.
Maraqlı tərəflərlə əməkdaşlıq
Xərclər və layihənin irəliləyişi barədə vaxtında və dəqiq məlumat almaq üçün
mühəndislik, satınalma, tikinti və sahə komandaları ilə əlaqələndirməni təmin etmək.
Xərc qeydlərini maliyyə və mühasibatlıq komandaları ilə üzləşdirmək və auditlərə dəstək
vermək.
Layihənin irəliləyişini və bunun xərclərə təsirini anlamaq üçün
ehtiyac olduqda sahə səfərlərində iştirak etmək.
Büdcələşdirmə, xərclərə
nəzarət və hesabatlılıq proseslərinin təkmilləşdirilməsinə dəstək vermək.
Namizədə tələblər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, mühəndislik və ya əlaqəli sahə üzrə bakalavr
dərəcəsi.
Büdcələşdirmə, xərclərə nəzarət və ya maliyyə hesabatlılığı
sahəsində minimum 3 il müvafiq iş təcrübəsi.
Enerji, infrastruktur və ya
EPC layihələrində təcrübə üstünlük hesab olunur.
Büdcələşdirmə, pul
vəsaitlərinin hərəkətinin proqnozlaşdırılması və mühasibat uçotu prinsipləri üzrə biliklər.
Excel, məlumatların təhlili və problemlərin həlli üzrə güclü bacarıqlar.
1C və ya digər ERP sistemləri, həmçinin Power BI ilə iş təcrübəsi üstünlük hesab
olunur.
Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi
ünsiyyət bacarığı.
Detallara diqqət və bir neçə layihə üzrə tapşırıqları
müəyyən edilmiş müddətlərdə yerinə yetirmək bacarığı.
Maraqlanan namizədlər CV və müşayiətedici məktublarını e-poçtun mövzu hissəsində
“Büdcələşdirmə və Xərclərə Nəzarət üzrə Mütəxəssis” qeyd etməkləMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
