Vakansiya haqqında
Avropa və Türk mətbəxi · Fəvvarələr meydanında yeni All-day kafe
Biz kimik
Fountains Square Restaurants — Bakıda Firuzə restoranı, Araz Terrace, Nərgiz
restoranı, Bonbon Patisserie və MA Desserts & Crepes məkanlarını idarə edən restoran qrupu. Şəhərin ən canlı
nöqtəsində — Fəvvarələr meydanında yeni all-day kafemizi açırıq və mətbəxi öz imzası ilə quracaq peşəkar Chef
axtarırıq.
Sizi nə gözləyir
Yüksək qazanc — orta aylıq gəlir 3 500 – 6 000 ₼;
Yeni layihə — mətbəxi və komandanı açılışdan özünüz qurursunuz;
Menyuya real təsir — türk səhər yeməyi (serpme kahvaltı), biznes-lanç və axşam menyusu
üzərində yaradıcı iş;
Böyük qonaq axını olan, şəhərin mərkəzində yerləşən
məkan;
Tanınmış restoran qrupunun dəstəyi və
sabitliyi;
Tam rəsmi işə qəbul — əmək qanunvericiliyinə
uyğun.
İş öhdəlikləri
Mətbəxə Baş Aşpaz (Chef) kimi tam rəhbərlik etmək;
Avropa və Türk mətbəxi üzrə yeməklərin hazırlanmasına və təqdimatına rəhbərlik
etmək;
Mətbəx komandasını idarə etmək: iş cədvəli, intizam və inzibati
məsələlər;
Yeməklərin keyfiyyətinə və bişirmə texnikasına nəzarət
etmək;
Yeni işçilərə və kiçik aşpazlara təlim keçmək, komandanı inkişaf
etdirmək;
Menyunun yaradılmasında və mütəmadi yenilənməsində iştirak
etmək;
Qida gigiyenası və təhlükəsizliyi qaydalarına ciddi riayət
olunmasını təmin etmək;
Məhsulların səmərəli istifadəsinə və anbar
ehtiyatlarına nəzarət etmək.
Tələblər
Avropa və/və ya Türk mətbəxində aşpaz kimi azı 5 il təcrübə (rəhbər vəzifədə təcrübə
üstünlükdür);
Liderlik, ünsiyyət və komandada işləmək
bacarığı;
Stresə davamlılıq və çevik iş qrafikinə
hazırlıq;
Azərbaycan vətəndaşlığı.
İş şərtləri
Qazanc: orta aylıq 3 500 – 6 000 Azn (sabit maaş + service charge +
bonuslar);
6 günlük iş qrafiki;
İş saatları görüşdə müzakirə olunur;
Tam rəsmi əmək
müqaviləsi.
Necə müraciət etmək olar
CV-niziMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu: «Chef — Fəvvarələr
meydanı».
Yeməklərinizin şəkillərini (portfolio) əlavə etsəniz, müraciətiniz daha tez nəzərdən
keçiriləcək. Uyğun namizədlərlə qısa müddətdə əlaqə saxlanılır. Bütün müraciətlər məxfi saxlanılır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
