Vakansiya haqqında
Kollekta MMC problemli kreditlər üzrə borcların effektiv idarə olunması və yığılmasının
təmin edilməsi məqsədilə Ünvanda Təqib üzrə Mütəxəssis (Mingəçevir, Gəncə-Qazax, Aran, Mingəçevir, Cənub
regionları) vəzifəsinə peşəkar və məsuliyyətli namizəd axtarır.
Vəzifə öhdəlikləri:
Gecikmiş kredit öhdəlikləri üzrə borcalanların və zaminlərin qeydiyyat, faktiki
yaşayış və iş ünvanlarına səfərlərin həyata keçirilməsi;
Borcalan və
zaminlərlə birbaşa əlaqə yaradılması, mövcud borcun ödənilməsi ilə bağlı danışıqların aparılması və müvafiq
tədbirlərin görülməsi;
Əlaqə yaratmaq mümkün olmayan borcalan və zaminlər
üzrə alternativ əlaqə vasitələrinin və aktual ünvan məlumatlarının müəyyənləşdirilməsi;
Problemli kreditlərin geri qaytarılması və gecikmiş borcların azaldılması istiqamətində
effektiv təqib tədbirlərinin həyata keçirilməsi;
Borcalanlarla aparılmış
görüşlərin, səfərlərin və əldə edilmiş nəticələrin müəyyən edilmiş qaydada sənədləşdirilməsi və sistemə daxil
edilməsi;
Zəruri sənədlərin və məlumatların PKİD üzrə istifadə olunan
xüsusi proqram təminatına vaxtında və düzgün yüklənməsi;
Regionlar üzrə
borcluların ünvanlarına həftədə ən azı 2 dəfə planlı vizitlərin həyata keçirilməsi;
Əlaqəli qurumlarla işgüzar əlaqələrin koordinasiya edilməsi, zəruri məktub və sorğuların
hazırlanması və göndərilməsi;
BOKT-nin daxili təlimat, qayda, prosedur və
əsasnamələrinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi;
Görülmüş işlər, həyata keçirilmiş vizitlər, əldə edilmiş nəticələr və kredit portfelinin
vəziyyəti üzrə müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;
Vəzifə üzrə digər tapşırıqların müəyyən edilmiş müddətlərdə və keyfiyyət standartlarına uyğun
icra edilməsi.
Tələblər:
İqtisadiyyat, Maliyyə, Hüquq və ya vəzifənin fəaliyyət istiqamətinə uyğun digər
ixtisaslar üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 2 il iş
təcrübəsi;
Bank, BOKT, kollektor və ya problemli kreditlərin idarə
edilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
B kateqoriyalı sürücülük
vəsiqəsi – mütləqdir;
Regionlar üzrə aktiv hərəkət və ezamiyyət
xarakterli iş rejiminə uyğunluq;
1C/8.3 proqramı ilə işləmək bacarığı
üstünlükdür;
Güclü ünsiyyət, danışıqlar aparmaq və inandırma
bacarığı;
Məsuliyyətlilik, operativlik, nəticəyönümlülük və stressə
davamlılıq;
Müstəqil və komanda daxilində effektiv işləmək
bacarığı;
Azərbaycan dilini mükəmməl səviyyədə
bilməli;
Rus dili biliyi üstünlükdür;
İşin səyyar xarakteri nəzərə alınaraq kişi namizədlərə üstünlük
verilir.
İş barədə məlumat:
Əmək haqqı: 800 Azn NETT+Bonus ( ƏH ilə bonus birlikdə minimum 1600
AZN)
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli
küçəsi
İş qrafiki: 5 günlük iş həftəsi, I–V günlər,
10:00–19:00
İş formatı: Ofis və regionlar üzrə səyyar
fəaliyyət
Komfortlu iş şəraiti;
Müasir idarəetmə sistemi;
Peşəkar və mehriban
komanda.
İnkişaf və karyera imkanları.CV-lərinizi “Ünvanda Təqib üzrə
mütəxəssis”başlığı altındaMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Başlıqda
regiounun adını da qeyd etməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan
namizədlər ilə əlaqə saxlanılır
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
