Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Red Team və penetrasiya testləri üzrə əməliyyatların planlaşdırılması,
prioritetləşdirilməsi və koordinasiyası;
Korporativ sistemlər, şəbəkə
infrastrukturu, veb tətbiqlər, daxili sistemlər və Active Directory mühitləri üzrə kompleks təhlükəsizlik
testlərinin təşkili və icrası;
Real təhdid modellərinə əsaslanan hücum
ssenarilərinin hazırlanması, tətbiqi və nəticələrinin qiymətləndirilməsi;
Red Team əməliyyatları üzrə texniki yanaşmaların, metodologiyaların və test çərçivələrinin
formalaşdırılması;
Aşkarlanmış zəifliklərin biznes və texniki təsirinin
qiymətləndirilməsi, risklərin prioritetləşdirilməsi və rəhbərliyə təqdim olunması;
Blue Team/SOC komandaları ilə birgə aşkarlama, monitorinq və müdafiə mexanizmlərinin
təkmilləşdirilməsi üzrə təşəbbüslərin irəli sürülməsi;
Red Team alətləri,
prosesləri və hesabatlılıq standartlarının inkişaf etdirilməsi
Tələblər:
İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və ya əlaqədar ixtisasları üzrə ali
təhsil;
Red Team, penetrasiya testi və offensive security sahəsində dərin
praktiki biliklər;
Şəbəkə təhlükəsizliyi, Active Directory, veb tətbiq
təhlükəsizliyi, Linux və Windows sistemləri üzrə yüksək səviyyəli texniki biliklər;
MITRE ATT&CK, OWASP Top 10, privilege escalation, lateral movement və müasir hücum
texnikaları üzrə bilik;
Texniki hesabatların hazırlanması, nəticələrin
rəhbərlik və texniki komandalar üçün aydın təqdim edilməsi bacarığı;
Offensive Security sertifikatlarının olması üstünlükdür.
İş şərtləri:
İş qrafiki: Tam iş günü (5 gün).
İş
saatları: 09:00-18:00.
İş yeri: Bakı
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
