Vakansiya haqqında
Şirkət: FBCO LLC
Vakansiya: Komanda Üzvü-Wagamama
İş Yeri: FBCO LLC
Lokasiya: Port Baku Tower 2
Wagamama – 1992-ci ildə Londonda yaradılmış, Asiya mətbəxindən ilhamlanan beynəlxalq
restoran brendidir. Bu gün Wagamama dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərir və 230-dan çox restoranı ilə
milyonlarla qonağa yüksək keyfiyyətli yemək və unikal restoran təcrübəsi təqdim edir. İnkişafa, komandaya və
mükəmməl qonaq xidmətinə dəyər verən Wagamama artıq Azərbaycandadır və komandamıza enerjili, məsuliyyətli və inkişaf
etməyə həvəsli əməkdaşlar dəvət edir.
Vəzifənin təsviri
wagamama restoranında qonaqların qarşılanması, sifarişlərin qəbulu, yemək və
içkilərin təqdim edilməsi, kassa və POS sistemləri ilə iş, içkilərin hazırlanması və menyuya uyğun qida hazırlığı
daxil olmaqla müxtəlif tapşırıqları yüksək keyfiyyət, gigiyena və xidmət standartlarına uyğun yerinə yetirmək.
Əməliyyat ehtiyaclarına əsasən, müvafiq təlimdən sonra və hazırlıq səviyyəsinə uyğun olaraq restoranın müxtəlif iş
stansiyalarında çevik fəaliyyət göstərmək.
Çoxfunksiyalı iş prinsipi (Multi-skilled Team Member)
Əməkdaş restoranın əməliyyat ehtiyaclarına uyğun olaraq zal, bar, kassa, qonaqların
qarşılanması və digər müvafiq iş sahələrində fəaliyyət göstərməyə, yeni funksiyaları öyrənməyə və müxtəlif vəzifələr
arasında çevik şəkildə keçid etməyə hazır olmalıdır.
Komanda üzvünün
fəaliyyəti yalnız bir iş stansiyası ilə məhdudlaşmır. Əməliyyat ehtiyaclarından və menecerin iş bölgüsündən asılı
olaraq əməkdaş bir gün ofisiant, növbəti gün bar əməkdaşı, digər gün kassir və ya qonaqların qarşılanması üzrə
əməkdaş kimi çalışa bilər.
Bu funksiyalar yalnız müvafiq təlim
keçildikdən sonra və əməkdaşın hazırlıq səviyyəsinə uyğun olaraq yerinə yetirilməlidir. Əməkdaş təlimlərdə iştirak
etməli, yeni funksiyaları öyrənməli və hazırlığı yetərli olmayan tapşırıq barədə menecerə məlumat
verməlidir.
Kassa İşləri:
Müştəri tranzaksiyalarını yerinə yetirmək, nağd vəsaiti idarə etmək; kassa və POS
sistemlərində sifarişləri düzgün qeyd etmək, nağd və nağdsız ödənişləri qəbul etmək.
Müştəriləri loyallıq proqramları və aksiyalar barədə məlumatlandırmaq.
Mövsümi və promosyon məhsullarını təklif etmək və satmaq.
Növbənin açılması və bağlanması prosedurlarına riayət etmək.
Qonaqların qarşılanması və zal xidməti
Qonaqları nəzakətlə qarşılamaq, uyğun masaya yönləndirmək və menyunu təqdim
etmək.
Sifarişləri diqqətlə qəbul etmək, dəqiqləşdirmək və POS sisteminə
düzgün daxil edərək aidiyyəti iş stansiyalarına ötürmək.
Yeməkləri və
içkiləri wagamama xidmət və təqdimat standartlarına uyğun qonaqlara təqdim etmək.
Qonaqların müraciətlərinə operativ cavab vermək, həlli səlahiyyətindən kənar olan məsələləri
menecerə yönləndirmək.
İstifadə olunmuş qabları toplamaq, masaları
təmizləmək və növbəti qonaqlar üçün servisə hazırlamaq.
İçkilərin Hazırlanması:
Kofe, çay və digər içkiləri standartlara uyğun hazırlamaq və təqdim
etmək.
Təhlükəsizlik və gigiyena standartlarına əməl edərək iş yerini
təmiz və nizamlı saxlamaq.
İçki avadanlıqlarını işlətmək və təmir
ehtiyaclarını bildirmək.
Qida Hazırlığı:
wagamama menyusundakı yeməklərin hazırlığı və təqdimata hazırlanması üzrə
tapşırıqları təsdiqlənmiş reseptlərə, porsiya, təqdimat və əməliyyat standartlarına uyğun, müvafiq təlimdən sonra və
hazırlıq səviyyəsi çərçivəsində yerinə yetirmək.
Tərkib hissələrinin təzə
olmasını, düzgün saxlanmasını və hazır olmasını təmin etmək.
Ehtiyat
səviyyələrini izləmək və çatışmazlıqları bildirmək.
Mətbəxi təmiz və
nizamlı saxlamaq.
Qida təhlükəsizliyi və allergenlər
Qida təhlükəsizliyi, şəxsi gigiyena, məhsulların saxlanması və istifadə müddətlərinə
dair restoranın qaydalarına riayət etmək.
Qonağın allergenlərlə bağlı
məlumat və xüsusi tələblərini dəqiqləşdirmək, sifarişdə qeyd etmək və aidiyyəti mətbəx, bar əməkdaşlarına və
menecerə çatdırmaq.
Allergenlər barədə yalnız təsdiqlənmiş məlumatlara
əsaslanmaq; məlumat dəqiq olmadıqda menecerlə dəqiqləşdirmək. Çarpaz təmasın qarşısını almaq üçün müəyyən edilmiş
qaydalara əməl etmək.
Tələblər
Korporativ standartlara və iş qaydalarına riayət etmək.
Yüksək səviyyədə müştəri xidməti təmin etmək.
Texniki və ya əməliyyat problemlərini menecerə bildirmək.
Kassa idarəçiliyi
İçkilərin
hazırlanması
Qida hazırlığı
Müştəri xidməti
İş sahəsinin təmizliyi və
saxlanması
Sağlamlıq və təhlükəsizlik qaydalarına
əməl
Komanda ilə əməkdaşlıq
Qonaqların qarşılanması, sifarişlərin qəbulu və zal xidməti
Masaların təmizlənməsi və servisə hazırlanması
Qida
təhlükəsizliyi və allergenlərlə bağlı qaydalara riayət
Təlim və hazırlıq
səviyyəsinə uyğun müxtəlif iş stansiyalarında fəaliyyət
Peşəkar Biliklər:
Kassa və POS sistemləri ilə işləmək üzrə bilik və təcrübə
üstünlükdür.
Barista işi, kofe avadanlıqları və içkilərin hazırlanması
üzrə biliklər üstünlükdür.
Qida hazırlığı üzrə baza bilik və bacarıqları
üstünlükdür.
Mətbəx gigiyenası və təhlükəsizlik standartları ilə
tanışlıq.
Rus və ingilis dilləri üzrə biliklər
üstünlükdür.
Təhsil:
Orta təhsil (kulinar təhsil və ya sertifikat üstünlükdür).
İş Təcrübəsi:
Restoran və xidmət sahəsində əvvəlki iş təcrübəsi üstünlükdür. Əvvəlki iş təcrübəsi
məcburi tələb deyil.
Peşəkar Bacarıqlar və Kompetensiyalar
Komanda ilə işləmə bacarığı.
Təmizliyə və
gigiyenaya diqqət.
Peşəkarlıq və müştəri yönümlü
yanaşma.
Güclü ünsiyyət və interpersonal bacarıqlar.
Dəqiqlik və təlimatlara əməl etmək bacarığı.
Zamanın idarə edilməsi və təşkilati bacarıqlar.
Çevik və çoxfunksiyalı iş mühitinə uyğunlaşma bacarığı.
Yeni funksiyaları öyrənməyə və müvafiq təlimlərdə iştirak etməyə hazır
olmaq.
wagamama brendinin xidmət və əməliyyat standartlarını mənimsəmək
və onlara uyğunlaşmaq bacarığı.
Qida təhlükəsizliyi və allergenlərlə
bağlı təlimatları öyrənmək və onlara riayət etmək.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
