Vakansiya haqqında
“PAŞA Technology” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA Technology” və ya
“PAŞA Technology” MMC) İT xidmətlər provayderi olaraq 2018-ci ildə yaradılıb.
"PAŞA Technology"-nin məqsədi "PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün və Azərbaycan
bazarında İT xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə
edilməsi xidmətlərini təmin etməkdir.
Hal-hazırda “PAŞA Technology” MMC “İnfrastruktur
Əməliyyatları Departamentinin rəhbəri”vəzifəsi üzrə vakansiya elan edir.
Əsas öhdəliklər:
Texnologiyalar Blokunun strateji prioritetlərini və müştərilərin mövcud və gələcək
tələbatlarını nəzərə alaraq, data mərkəzləri infrastrukturunun inkişaf strategiyasının və uzunmüddətli fəaliyyət
planının hazırlanması, habelə onların icrasının təmin edilməsi.
Data
Mərkəzləri üzrə əməliyyatlar şöbəsinin rəhbəri vasitəsilə departamentin fəaliyyətinin idarə edilməsi, strateji və
əməliyyat məqsədlərinin, əsas fəaliyyət göstəricilərinin (KPI), eləcə də səlahiyyət və məsuliyyət bölgüsünün dəqiq
müəyyənləşdirilməsi.
Departamentin təşkilati strukturunun
formalaşdırılması, fasiləsiz (24/7) iş rejiminə uyğun növbə sisteminin təşkili və kritik vəzifələr üzrə varislik
planının hazırlanması.
İxtisaslı texniki mütəxəssislərin cəlb edilməsi,
peşəkar inkişafının və şirkətdə saxlanılmasının dəstəklənməsi.
Data
mərkəzləri infrastrukturu ilə bağlı məsələlər üzrə şirkətin rəhbərliyi, Baş Texnologiya Direktoru (CTO), müştərilər,
auditorlar və tənzimləyici qurumlar qarşısında hesabatlılığın və müvafiq məsuliyyətin təmin
edilməsi.
Data mərkəzlərinin fasiləsiz fəaliyyətinin, dayanıqlılığının və
təhlükəsiz istismarının təmin edilməsi.
Gündəlik istismar, texniki xidmət
və dəyişiklik işləri zamanı sistemlərin fəaliyyətini dayandırmadan texniki xidmət göstərilməsi imkanının (concurrent
maintainability) qorunması.
Data Mərkəzlərinin fasiləsiz fəaliyyətini
təmin edən əsas mühəndis-texniki sistemlərin — orta və aşağı gərginlikli elektrik paylayıcı şəbəkələrinin (MV/LV),
transformatorların, generatorların və yanacaq təminatının, UPS sistemlərinin, İT avadanlıqlarının elektrik
təchizatının, soyutma sistemlərinin (chiller, CRAH/CRAC, nasoslar, ventilyasiya), yanğının aşkarlanması və
söndürülməsi sistemlərinin, BMS/EPMS/DCIM platformalarının və fiziki mühafizə sistemlərinin istismarının idarə
edilməsi.
İstismar üzrə prosedur və təlimatların (SOP, MOP, EOP və
həyəcan siqnallarına reaksiya qaydaları) hazırlanması və aktuallığının qorunması, profilaktik, proqnozlaşdırıcı və
bərpaedici texniki xidmət işlərinin istehsalçı (OEM) tələblərinə və sahə təcrübəsinə uyğun həyata keçirilməsinə
nəzarət edilməsi.
Data Mərkəzlərinin texniki infrastrukturu üzrə
insidentlərin, problemlərin və dəyişikliklərin idarə edilməsi proseslərinə nəzarət edilməsi, o cümlədən iş vaxtından
kənar baş verən ciddi insidentlər zamanı ən yüksək eskalasiya səviyyəsində qərarların qəbul
edilməsi.
İnsidentlərin əsas səbəblərinin təhlilinin (RCA) aparılması,
aşkar edilmiş problemlərin aradan qaldırılması üzrə tədbirlərin vaxtında həyata keçirilməsi və təhlil nəticəsində
əldə olunan təcrübənin iş proseslərində tətbiqinin təmin edilməsi.
Data
mərkəzlərinin Uptime Institute Tier III sertifikatının qüvvədə saxlanılması, istismar, texniki xidmət və
dəyişikliklərin sertifikatlaşdırılmış layihəyə uyğunluğuna nəzarət edilməsi, təkrar sertifikatlaşdırma və
genişləndirmə layihələrinin sertifikatlaşdırılması proseslərinə rəhbərlik edilməsi.
Generatorların yük altında sınağı, xarici elektrik təchizatının kəsilməsi ssenarilərinin
yoxlanılması və əsas dəyişikliklərdən sonra inteqrasiya olunmuş sistem sınaqları vasitəsilə obyekt səviyyəsində
fəaliyyətin davamlılığının müntəzəm yoxlanılmasının təmin edilməsi.
Yüksək sıxlıqlı və GPU əsaslı İT yükləri də daxil olmaqla, hər iki data mərkəzində sahə,
elektrik enerjisi və soyutma imkanları üzrə infrastruktur tutumunun planlaşdırılması.
Data Mərkəzlərinin mövcud resurslarının çatışmazlığının qarşısını almaq məqsədilə
infrastrukturun genişləndirilməsi ilə bağlı qərarların vaxtında qəbul edilməsinin təmin
edilməsi.
Enerji səmərəliliyinin artırılması və dayanıqlı fəaliyyətin
təmin edilməsi, enerji istifadəsinin effektivliyi üzrə (PUE) hədəf göstəricilərinin müəyyənləşdirilməsi və onlara
nail olunması, soyutma və elektrik təchizatı sistemlərinin işinin optimallaşdırılması, həmçinin iqtisadi
səmərəliliyi əsaslandırılmış hallarda sərbəst soyutma (Free Cooling), maye əsaslı soyutma (Liquid Cooling) və hava
axınlarının ayrılması (Containment) texnologiyalarının tətbiq edilməsi.
Departamentin kapital (CAPEX) və əməliyyat (OPEX) xərcləri üzrə büdcələrinin hazırlanması,
əsaslandırılması və icrasına nəzarət edilməsi, daxili xərclərin bölüşdürülməsi və xidmət tariflərinin
müəyyənləşdirilməsi üçün müvafiq xərc məlumatlarının təqdim edilməsi.
Texniki xidmət podratçılarının, avadanlıq istehsalçılarının (OEM) və subpodratçıların
fəaliyyətinin idarə edilməsi, xidmət səviyyəsi razılaşmaları (SLA) və KPI-ların müəyyənləşdirilməsi və icrasına
nəzarət edilməsi, satınalma siyasətinə uyğun tenderlərin və texniki qiymətləndirmələrin
təşkili.
Yeni Data Mərkəzlərinin yaradılması üzrə texniki-iqtisadi
əsaslandırmanın və texniki tələblərin hazırlanması, ərazi seçiminin və kompleks qiymətləndirmənin (elektrik
təchizatı, rabitə imkanları, təbii və texnogen risklər) aparılması, hədəf Tier səviyyəsinin, avadanlıq sıxlığının və
mərhələli genişləndirmə yanaşmasının müəyyənləşdirilməsi.
Layihələndirmə
mərhələsində sifarişçi tərəfin maraqlarının təmsil edilməsi, layihələndirmənin əsas prinsiplərinin (Basis of Design)
müəyyənləşdirilməsi, məsləhətçi təşkilatlar tərəfindən hazırlanmış layihələrin istismar rahatlığı, texniki xidmət
imkanları və Tier tələblərinə uyğunluq baxımından qiymətləndirilməsi, o cümlədən layihə sənədlərinin Uptime
Institute tərəfindən sertifikatlaşdırılması prosesinin əlaqələndirilməsi.
İstismara hazırlıq və işəsalma sınaqlarının (1–5-ci səviyyələr), o cümlədən inteqrasiya
olunmuş sistem sınaqlarının təşkilinə və obyektlərin istismar heyətinə təhvil verilməsinə rəhbərlik
edilməs.
İstismar heyətinin layihələndirmə mərhələsindən prosesə cəlb
edilməsi, fəaliyyətə başlamazdan əvvəl icra sənədlərinin (as-built), istismar və texniki xidmət təlimatlarının
(O&M), ehtiyat hissələrinin və texniki xidmət müqavilələrinin hazır olmasının təmin
edilməs.
Mövcud data mərkəzlərində müştərilərə göstərilən xidmətlərə
təsir etmədən modernləşdirmə, yenidən təchizetmə və istismar müddəti başa çatan avadanlıqların əvəzlənməsi işlərinin
planlaşdırılması və həyata keçirilməsi.
Fəaliyyətin Uptime Institute,
TIA-942, EN 50600, ASHRAE və NFPA standartlarına, ISO idarəetmə sistemlərinin tələblərinə (ISO/IEC 27001, ISO 22301,
ISO 50001, ISO 9001), Azərbaycan Respublikasının qanunvericiliyinə və maliyyə institutları üçün tətbiq olunan
tənzimləyici tələblərə uyğunluğunun təmin edilməsi.
Daxili və xarici
auditlərin keçirilməsi üçün zəruri hazırlıq tədbirlərinin görülməsi, tələb olunan sənədlərin və məlumatların təqdim
edilməsinin, eləcə də audit zamanı aidiyyəti tərəflərlə əməkdaşlığın təmin edilməsi.
Obyektlər üzrə risk reyestrinin aparılması, vahid nasazlıq nöqtələrinin, köhnəlmiş aktivlərin
və xarici risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və azaldılması üzrə tədbirlərin həyata
keçirilməsi.
Əməyin mühafizəsi və təhlükəsizlik (HSE) sahəsində müvafiq
qaydalara riayət olunmasının təmin edilməsi, təhlükəli işlərin icrası üçün icazələrin verilməsi, avadanlıqlara
texniki xidmət zamanı enerji mənbələrinin təhlükəsiz şəkildə təcrid edilməsi və işarələnməsi (Lockout/Tagout), eləcə
də podratçı təşkilatlar tərəfindən təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət edilməsi.
Server şkaflarının (rack) yerləşdirilməsi, İT avadanlıqlarının elektrik və soyutma tələbləri
və strukturlaşdırılmış kabel sistemləri üzrə Bulud Platforması, bulud əməliyyatları, şəbəkə və İT komandaları ilə
işin əlaqələndirilməsi/
Kolokasiya (colocation) müştərilərinə xidmətlərin
göstərilməsinin və SLA göstəriciləri üzrə hesabatlılığın təmin edilməs.
Data mərkəzlərinin əlçatanlığı, insidentlər, infrastruktur tutumu, enerji sərfiyyatı, büdcə və
layihələrin icra vəziyyəti barədə Baş Texnologiya Direktoruna (CTO) müntəzəm hesabatların təqdim
edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
Təhsil:
Elektrik, mexanika və ya sənaye mühəndisliyi, yaxud əlaqəli ixtisas üzrə bakalavr
dərəcəsi.
Mühəndislik üzrə magistr dərəcəsinə və ya MBA kvalifikasiyasına
üstünlük verilir.
Tələb olunan bilik , bacarıqlar və təcrübə:
Data mərkəzlərinin və ya fasiləsiz fəaliyyəti kritik əhəmiyyət daşıyan digər
obyektlərin istismarı sahəsində ən azı 10 il, o cümlədən rəhbərlərə və bir neçə komandaya rəhbərlik üzrə ən azı 5 il
iş təcrübəsi.
Tier III və ya daha yüksək səviyyəli data mərkəzlərinin
yüksək əlçatanlıqla istismarına dair təsdiqlənmiş təcrübə.
Ən azı bir
data mərkəzinin tam həyat dövründə — planlaşdırma, layihələndirmə, tikinti, istismara hazırlıq sınaqları və
təhvilvermə — iştirak təcrübəsi; sifarişçi nümayəndəsi və ya layihə rəhbəri qismində təcrübəyə üstünlük
verilir.
MV/LV elektrik təchizatı, generatorlar, UPS, soyutma (soyudulmuş
su, birbaşa genişlənmə — DX, sərbəst soyutma; maye ilə soyutma üzrə bilik üstünlükdür), yanğınsöndürmə və BMS/EPMS
sistemləri üzrə dərin texniki biliklər.
İnfrastruktur tutumunun
planlaşdırılması və enerji səmərəliliyinin idarə edilməsi üzrə təcrübə.
CAPEX/OPEX büdcələrinin, iri təchizatçı və podratçı müqavilələrinin, tenderlərin idarə
edilməsi təcrübəsi.
ISO 27001, 22301 və ya 50001 auditlərində iştirak
təcrübəsi; tənzimlənən maliyyə sektorunda təcrübəyə üstünlük verilir.
Uptime Institute Tier standartları; sertifikatlaşdırma prosesində praktiki təcrübə ciddi
üstünlükdür.
TIA-942, EN 50600, ASHRAE TC 9.9, NFPA
75/76.
Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət qurmaq bacarığı,
Rus dili - yaxşı.
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd
etməklə CV-niMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. İşə
qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə
saxlanacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
