Vakansiya haqqında
Təsvir
Kompüter, noutbuk, printer, skaner, proyektor və digər ofis avadanlıqlarının ilkin
texniki dəstəyinin göstərilməsi, təmiri və davamlı fəaliyyətinin təmin edilməsi;
Satınalınmış yeni avadanlıqların struktur bölmələr üzrə bölüşdürülməsi, quraşdırılması,
konfiqurasiyası və istismara verilməsi;
Avadanlıqların diaqnostikasının
aparılması və mümkün hallarda nasaz komponentlərin dəyişdirilməsi;
Şəbəkə
printerlərinin quraşdırılması, istifadəçilərin qoşulması, printer, faks və surətçıxaran aparatlara texniki xidmətin
göstərilməsi;
İşçi stansiyalarının, müxtəlif lokasiyalarda istismarda
olan kompüter, server və şəbəkə avadanlıqlarının fəaliyyətinə profilaktik nəzarət edilməsi;
İstifadəçilərdən (və digər struktur bölmələrdən) daxil olan texniki sorğuların qəbulu,
Ticketing sistemi vasitəsilə qeydiyyatı, prioritetləşdirilməsi və prosedur qaydalara uyğun müddət çərçivəsində
həlli;
Müəssisəyə aid lokasiyalarda istifadəçi problemlərinin yerində və
ya şirkət daxili istismar olunan remote access (uzaqdan qoşulma) vasitəsilə məsafədən operativ
həlli;
Əməliyyat sistemləri, proqram təminatları, həmçinin Outlook,
Teams, OneDrive və digər korporativ tətbiqlərlə bağlı dəstəyin göstərilməsi;
Həlli əlavə ekspertiza tələb edən mürəkkəb problemlərin sistem inzibatçıları və ya aidiyyatı
əməkdaşlara eskalasiya edilməsi.
Tələblər
İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahələr üzrə ali ixtisas
təhsili;
Texniki dəstək və ya Helpdesk sahəsində minimum 1 il iş
təcrübəsi;
Təcrübə proqramlarında, könüllü layihələrdə və ya laborator
mühitlərdə əldə olunmuş praktiki təcrübə (üstünlükdür).
Azərbaycan dili
yüksək səviyyədə, ingilis dili texniki sənədləri oxuma və anlama bacarığı arzuolunandır, rus dili
arzuolunandır;
Windows 10 və Windows 11 əməliyyat sistemlərinin
quraşdırılması, konfiqurasiyası və problemlərinin həlli;
Microsoft Office
və Microsoft Outlook proqramları ilə işləmə və problemlərin həlli bilikləri;
TCP/IP, DNS, DHCP və şəbəkə əsasları üzrə ilkin bilikləri;
LAN və Wi-Fi problemlərinin diaqnostikası, həmçinin əsas diaqnostika alətlərindən istifadə
bacarığı;
Sahə üzrə beynəlxalq sertifikatların olması üstünlükdür (
CompTIA A+ / CompTIA Network+ , Microsoft 365 Fundamentals (MS-900) / Azure Fundamentals (AZ-900).
Biz nə təklif edirik:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş qrafiki: 8:00-17:00/09:00-18:00 (həftədə 5 dəfə);
İş yeri: West Town kampusu;
Həyat yığım
sığortası;
Könüllü tibbi sığorta;
Push30 proqramından 75 % endirim ilə istifadə etmək imkanı;
Landau School-da uşaqların təhsilində xüsusi endirimlər;
Korporativ təlimlərə qatılma imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
