Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Bölmənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və nəzarət
etmək;
Məhsulun hazırlanma prosesində istifadə olunan xammal və kimyəvi
maddələrin keyfiyyət göstərcilərinin formalaşmasını təmin etmək;
Xammal
və kimyəvi maddələrin norma və tələbləri uyğun yoxlanılmasını təşkil etmək və daimi nəzarətdə
saxlamaq
Keyfiyyətə nəzarət sahəsinə uyğun olaraq İstehsalda tətbiq
edilən prosedurlar üzrə sənədləşməyə nəzarət etmək;
Keyfiyyəti idarəetmə
sisteminin müvafiq mərhələlərində iştirak etmək və təkliflər vermək;
Laboratoriyanın fəaliyyəti üzrə podratçı şirkətlə bağlanmış müqavilə tələblərini izlənilməsi
və tələblərin təşkil edilməsi;
Labotaoriyanın auditlərini təşkil etmək və
audit hesabatını təqdim etmək;
Laboratoriyada aparılan analizlərə
nəzarətin təşkil edilməsi;
Keyfiyyətə nəzarət və laboratoriya aid daxili
sənədlərin vaxtında və keyfiyyətli hazırlanmasını təmin etmək;
İstehsal
prosesinin effektivliyini və səmərəliliyini artırmaq üçün təhlillər aparmaq və təkliflər
vermək;
Laboratoriyda aparılan sınaq və analiz proseslərini
yoxlanılmasını təşkil etmək;
Keyfiyyət xəritəsini formalaşdırmasında
iştirak etmək;
Keyfiyyətə nəzarət nöqtələri (KNN) təyin etmək və nəzarəti
təşkil etmək;
Keyfiyyətə nəzarət sahəsi üzrə yoxlama və auditlər təşkil
etmək:
Pest control , gigiyena, qida təhlükəsizliyi idarəetmə sisteminin
tətbiqinə nəzarət
Cəmiyyətin rəhbərliyi tərəfindən qarşıya qoyulmuş digər
vəzifələrin yerinə yetirilməsini təmin etmək;
Əmək müqaviləsi ilə müəyyən
edilmiş əmək funksiyasını yerinə yetirmək;
Əmək intizamına və
Cəmiyyətdaxili intizam qaydalarına əməl etmək;
Əməyin təhlükəsizliyi
normalarına əməl etmək;
Dövlət sirrini, habelə işəgötürənin kommersiya
sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
İş
yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
Fərdi,
kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
Tələb olunan bilik və bacarıqlar:
Office proqramlarından orta səviyyəli istifadəçi bacarığı tələb
olunur
İdarəemə sistemləri üzrə (İSO 9001/ İSO 14001/ İSO 45001) və
auditin keçirilməsi üzrə (İSO 19011) standartları;
Vəzifə səlahiyyətləri
çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair menecment sisteminin (ISO 37001:2016)
tələbləri.
İdarəetmə sistemlərində auditin keçirilməsi
təcrübəsi;
Əməyin Təhlükəsizliyi, Ətraf Mühit və Keyfiyyətin
İdarəedilməsi Sistemiləri sahəsində əsas tələb və prinsiplərini;
İdarəemə
sistemləri və auditi üzrə müvafiq sertifikatlara malik olması.
Dil bilikləri
Azərbaycan dili - səlis;
İngilis dili - yaxşı;
Rus dili -
yaxşı
Kompüter bilikləri
Tələb olunan təhsil:
Ali təhsul (İdarəetmə, standartlaşdırma, dağ-mədən və ya laboratoriya fəaliyyəti
üzrə hər hansı biri )
Tələb olunan iş təcrübəsi:
Keyfiyyətə nəzarət və Laboratoriya sahəsi üzrə 3 il,
İdarəetmə təcrübəsi- ən azı 1 il
İş qrafiki:
İş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə
içi 5 gün.
Əmək haqqı və əlavə imtiyazlar:
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən
edilir.
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda)
iştirak etmək imkanı yaradılır.
Əməkdaşlara idmanla məşğul olmaq üçün
müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
Nəqliyyat
xidməti.
Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
