Vakansiya haqqında
Təsvir
Rəqəmsal dələduzluğun idarəedilməsi sistemləri ilə müəyyən edilməyən dələduzluq
insidentlərinin aşkar edilməsi;
Bankın filial və şöbələrindən, o cümlədən
məlumat mərkəzi və rəqəmsal kanallardan daxil olan dələduzluq riskləri və insidentlərinin axınının müəyyən edilməsi
və məlumat axının düzgün təşkil edilməsi;
Məhsul və xidmətlər üzrə
dələduzluq faktorlarına dair yoxlamalarının həyata keçirilməsi;
Bankın
əsas rəqəmsal kanalları (Kart, Mobil, İnternet Bankçılıq) üzrə risk və insidentlərin müəyyən edilməsi və uçotunun
aparılması;
Rəqəmsal dələduzluq hallarının qarşısının alınması
istiqamətində tədbirlərinin həyata keçirilməsi;
Aktual rəqəmsal
dələduzluq insidentlərinin idarəedilməsi istiqamətində bankdaxili və müştərilər ilə kommunikasiyanın təşkil
edilməsi;
Fraud hallarının araşdırılması, səbəblərinin müəyyən edilməsi
və nəticələrin sənədləşdirilməsi;
Fraud risklərinin azaldılması məqsədilə
qayda və ssenarilərin (fraud rules/scenarios) hazırlanması və təkmilləşdirilməsi;
Fırıldaqçılığın monitorinqi sisteminin hazırlanması layihəsində iştirak;
Böyük həcmli məlumatların təhlili və məlumatlar əsasında nəticələrin
çıxarılması;
Şübhəli və qeyri-standart əməliyyatlarının operativ şəkildə
müəyyənləşdirilməsi və araşdırılması;
Məlumatlarla işləyərkən məxfilik və
informasiya təhlükəsizliyi prinsiplərinə riayət edilməsi.
Tələblər
Ali təhsil (iqtisadiyyat, maliyyə, bank işi, informasiya texnologiyaları,
kibertəhlükəsizlik və ya əlaqəli sahələr üzrə);
Bank və ya maliyyə
sektorunda anti-fraud, risklərin idarə edilməsi, maliyyə monitorinqi və ya analitik sahədə iş
təcrübəsi;
Bank məhsulları və ödəniş sistemləri üzrə əsas
biliklər;
Kart əməliyyatları, P2P/C2C köçürmələri, onlayn ödənişlər və
rəqəmsal bankçılıq əməliyyatları üzrə biliklər;
Fırıldaqçılıq (fraud)
sxemlərinin və şübhəli əməliyyatların müəyyənləşdirilməsi və təhlili bacarığı;
SQL üzrə yüksək səviyyədə biliklər;
Azərbaycan
dilində sərbəst danışıq və yazı bacarığı, ingilis və/və ya rus dili biliyi arzuolunandır;
Komanda ilə işləmək və müxtəlif struktur bölmələrlə effektiv kommunikasiya qurmaq
bacarığı;
Stressə davamlılıq, operativ qərarvermə və yüksək
məsuliyyətlilik.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət
et düyməsində qeyd
olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
