Vakansiya haqqında
Şirkət haqqında məlumat:
APAR velosiped və skuter icarəsini innovativ şəkildə həyata keçirən startap
şirkətidir.
Missiyamız şəhərin gözəlliyini və dinamikasını iki təkərlə
hiss etmək üçün rahat və ekoloji cəhətdən təmiz nəqliyyat həlli təqdim etməkdir. Xidmətimiz işə getmək və ya sadəcə
təmiz havadan zövq almaq üçün mobil tətbiq vasitəsilə elektrikli və pedallı velosipedlərin icarəsini təklif
edir.
Təbiətə dost və aktiv həyat tərzini təşviq edən innovativ layihədə
yer almaq istəyirsinizsə, vakansiyanı diqqətlə nəzərdən keçirməyinizi xahiş edirik.
İş öhdəlikləri:
Şirkətin marketinq məqsədlərinə uyğun yaradıcı və effektiv rəqəmsal marketinq
ideyalarının hazırlanması və həyata keçirilməsi
Velosiped və skuter
icarəsi xidmətlərinin tanıdılması, yeni istifadəçilərin cəlb edilməsi və mövcud istifadəçilərin aktivliyinin
artırılması üçün kreativ kampaniyaların hazırlanması və həyata keçirilməsi
Sosial media platformaları üçün kreativ kontent ideyalarının hazırlanması və Reels, post,
Stories və digər formatlarda kontentin hazırlanması
Sosial media üçün
kontent planının hazırlanması və kontentin vaxtında paylaşılmasının təmin edilməsi
Sosial media, Google və digər rəqəmsal reklam kanallarında reklam kampaniyalarının qurulması,
idarə edilməsi və optimallaşdırılması
Reklam kampaniyalarının
nəticələrinin izlənilməsi, əsas göstəricilərin təhlili və nəticələrə əsasən kampaniyaların
optimallaşdırılması
Mobil tətbiqin yüklənmələrinin, yeni istifadəçilərin
sayının və tətbiqdən istifadənin artırılması istiqamətində rəqəmsal marketinq fəaliyyətlərinin həyata
keçirilməsi
Mövcud istifadəçilərin davranış və maraqlarına əsasən
seqmentləşdirilməsi və müvafiq kampaniya və təkliflərin hazırlanması
Bazarın, rəqiblərin və istifadəçi davranışlarının araşdırılması və əldə olunan məlumatların
marketinq fəaliyyətlərində tətbiq edilməsi
İstifadəçi rəylərinin
toplanması və təhlili, nəticələrə əsasən marketinq fəaliyyətlərinin təkmilləşdirilməsi
Rəqəmsal marketinq fəaliyyətlərinin nəticələri üzrə aylıq hesabatların
hazırlanması
Tələblər:
Ali təhsil
Rəqəmsal marketinq sahəsində
ən azı 1 il iş təcrübəsi
Meta Ads, Google Ads və digər rəqəmsal reklam
alətləri üzrə praktiki biliklər
Sosial media üçün kreativ kontent
hazırlamaq və kreativ ideyalar irəli sürmək bacarığı
Reels, post, Stories
və digər sosial media formatları üzrə praktiki təcrübə
Reklam
kampaniyalarının nəticələrini təhlil etmək və optimallaşdırmaq bacarığı
Analitik düşüncə və rəqəmlərlə işləmək bacarığı
Kreativ düşüncə, təşəbbüskarlıq və yeni ideyalar təklif etmək bacarığı
Marketinq və kontent hazırlanmasında AI alətlərindən effektiv istifadə
bacarığı
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət
bacarığı
Rus və ya ingilis dili biliyi üstünlükdür
Agentlik təcrübəsinin olması üstünlükdür
Hazırladığı kontent və həyata keçirdiyi reklam kampaniyalarından nümunələr təqdim edə bilməsi
üstünlükdür
Rəqəmsal marketinq sahəsində yenilikləri və trendləri
izləmək, yeni alət və yanaşmaları tətbiq etmək bacarığı
Dinamik iş
mühitində işləmək, bir neçə tapşırığı paralel idarə etmək və nəticəyə fokuslanmaq bacarığı
Məsuliyyətli, təşəbbüskar və komanda ilə işləmə bacarığı
Tapşırıqların və iş proseslərinin idarə edilməsi üçün istifadə olunan proqramlarla (Trello,
Asana, Jira və s.) işləmək bacarığı
Biz nə təklif edirik?
Gənc, dinamik və peşəkar kollektivdə işləmək
fürsəti
Şəhər mərkində iş
yeri
Əmək haqqı:
Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək
İş vaxtı: Həftə içi 5 gün, 09:00-18:00
Əgər bilik və bacarıqlarınıza güvənir və
həmçinin innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə
“RəqəmsalMarketinq mütəxəssisi” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərmənizi xahiş edirik.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
