Vakansiya haqqında
AZERA Holding daxilində fəaliyyət göstərən Baku Medical Plaza Babək filialına komandamıza
yaradıcı düşüncəyə malik, peşəkar çəkiliş və montaj bacarıqları olan Videoqraf axtarır.
Əsas vəzifə öhdəlikləri
Tədbir, müsahibə, reklam və sosial media layihələri üçün video və foto
çəkilişlərinin həyata keçirilməsi;
Çəkilmiş materialların montajı və
keyfiyyətli video kontentin hazırlanması;
Sosial media platformalarına
uyğun kreativ video materialların hazırlanması;
Çəkiliş prosesinin
planlaşdırılması, işıqlandırma və kadr kompozisiyasının düzgün qurulması;
Hazırlanan materialların müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsi.
Namizədə tələblər
Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi;
Adobe Premiere Pro, Adobe After Effects və digər montaj proqramları ilə işləmək
bacarığı;
Peşəkar kamera, işıq sistemi və çəkiliş avadanlıqlarından
istifadə bacarığı;
Foto və video çəkiliş texnikaları üzrə
biliklər;
Kreativ düşüncə, vizual zövq və detallara
diqqət;
Azərbaycan dilində sərbəst ünsiyyət
bacarığı;
Rus və ingilis dili bilikləri
arzuolunandır;
Komandada işləmək və tapşırıqları vaxtında icra etmək
bacarığı.
İş şəraiti
İş yeri: Baku Medical Plaza – Babək filialı
İş qrafiki: Həftə içi 09:00–18:00, şənbə 09:00–14:00
Əməkhaqqı: 1700 AZN
Maraqlanan namizədlər CV-lərini və hazırladıqları işlərdən ibarət portfoliolarını mövzu
hissəsində “Videoqraf” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Peşəkar komandanın bir hissəsi olmaq üçün müraciət edin!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
