Vakansiya haqqında
Təsvir
İllik aqrotexniki planın icrasına nəzarət etmək;
Budama işlərinin düzgün aparılmasına rəhbərlik etmək;
Bağlarda mütəmadi olaraq monitorinq aparmaq (meyvələrin inkişafı,yetişmə
vəziyyəti);
Zərərvericilər və xəstəliklərlə bağlı mütəmadi monitorinq
aparmaq və müvafiq mübarizə tədbirləri təklif etmək;
Suvarma işlərinə
nəzarət etmək və uyğunsuzluqlar barədə baş aqronom və sahə icraçısına məlumat vermək;
Yeni salınmış bağlarda il ərzində bitkilərin inkişaf dinamikasının meyarlarını (boy artımı,
gövdə yoğunlaşması və s.) izləmək və qeydiyyatını aparmaq;
Dərmanların
norma üzrə tətbiqinə nəzarət və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək;
Məhsulun inkişaf mərhələlərini izləmək və məhsuldarlıq proqnozu
hazırlamaq;
Gündəlik, aylıq və mövsümi hesabatlar
hazırlamaq;
Sahə işçilərinin iş bölgüsünü aparmaq və yığım prosesinin
düzgün təşkilinə rəhbərlik etmək;
Bağın becərilməsi və işlərin ləngiməsi
ilə bağlı bütün məsələləri izləmək (360 dərəcəli baxış) və Baş aqronoma məruzə etmək;
Baş aqronomun verdiyi digər tapşırıqların icrası.
Tələblər
Aqronomluq, bitkiçilik və ya müvafiq sahə üzrə ali təhsil;
Aqronom vəzifəsində 2 il iş təcrübəsi;
Quba və
Xaçmaz rayonlarında daimi yaşayan namizədlərə üstünlük verilir;
Müasir
aqrotexniki üsullar, gübrələmə, suvarma və bitki mühafizəsi barədə biliklər;
Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
