Vakansiya haqqında
Vəzifə haqqında
Şirkət üzrə insan resursları əməliyyatlarının və əmək münasibətləri proseslərinin düzgün
və vaxtında həyata keçirilməsini təmin etmək, HR sənədləşməsini koordinasiya etmək, eyni zamanda işə qəbul,
adaptasiya və təlim proseslərində iştirak etmək.
Əsas vəzifə öhdəlikləri
Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitamı proseslərini əmək
qanunvericiliyinə uyğun həyata keçirmək;
ƏMAS, 1C 8.3, İSB və digər HR
sistemlərində əməkdaş məlumatlarının düzgün və aktual saxlanılmasını təmin etmək;
Tabel, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər HR əməliyyatlarını koordinasiya
etmək;
Əmrlərin, müqavilələrin, arayışların və digər HR sənədlərinin
hazırlanması və rəsmiləşdirilməsini həyata keçirmək;
Əmək münasibətləri
və intizam məsələləri üzrə proseslərin sənədləşdirilməsində iştirak etmək;
Yeni əməkdaşların onboarding və adaptasiya proseslərini koordinasiya
etmək;
İşə qəbul proseslərində aidiyyəti HR əməkdaşları və struktur
bölmələri ilə əməkdaşlıq etmək;
Təlim ehtiyaclarının müəyyənləşdirilməsi,
təlimlərin təşkili və nəticələrinin izlənilməsində iştirak etmək;
HR
göstəriciləri üzrə məlumatları toplamaq, təhlil etmək və müvafiq hesabatlar hazırlamaq;
İşçilər və struktur rəhbərlərinə HR prosesləri üzrə dəstək göstərmək və proseslərin
təkmilləşdirilməsində iştirak etmək.
Tələblər
İnsan resurslarının idarə edilməsi, İqtisadiyyat, Biznesin idarə edilməsi, Menecment
və ya əlaqəli sahə üzrə ali təhsil;
İnsan resursları sahəsində
minimum 3 il iş təcrübəsi;
HR Operations və əmək
münasibətləri üzrə praktiki iş təcrübəsi;
Azərbaycan Respublikasının əmək
qanunvericiliyini yaxşı bilmək;
ƏMAS, 1C 8.3 və İSB sistemlərində işləmək
bacarığı;
İşə qəbul, onboarding və adaptasiya, təlim və inkişaf
prosesləri üzrə bilik;
HR sənədləşməsi və hesabatlılıq üzrə praktiki
bilik;
MS Office proqramlarında yaxşı işləmək
bacarığı;
Azərbaycan və rus dillərini səlis bilmək
mütləqdir;
İngilis dili biliyi üstünlükdür;
Güclü kommunikasiya, koordinasiya, analitik və problem həll etmə
bacarığı;
Dəqiqlik, məsuliyyətlilik və məxfilik.
Arzuolunandır
HR Management, əmək qanunvericiliyi, HR Operations, Recruitment & Selection və
Learning & Development istiqamətləri üzrə təlim və sertifikatlar.
İş yeri: Sumqayıt şəhəri
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Rəqabətli əmək
haqqı;
Korporativ nömrə
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
