Vakansiya haqqında
İşəgötürən: “BK Azərbaycan” MMC, Burger King restoranlar
şəbəkəsi
Namizədə aid tələblər:
25-35 yaş arasında;
Ali təhsilli
olması;
Azərbaycan dili üzrə yaxşı biliklər;
Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
AR Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə, o cümlədən sosial sığorta, vergi və əməkhaqqı
sistemləri ilə bağlı müvafiq biliklərə malik olmaq;
MS Excel üzrə
mükəmməl biliklər;
1 C 8.3 proqramında sərbəst işləmək
bacarığı;
Riyazi hesablamalar aparma və analitik təhlil etmə
qabiliyyətləri;
Dəqiqlik, məsuliyyət və məxfi məlumatlarla işləmək
bacarıqları;
Komandada işləmək və vaxtında nəticə əldə etmək
bacarıqları.
Əsas vəzifə və öhdəliklər:
Şirkət əməkdaşlarının aylıq əmək haqlarının düzgün hesablanmasının və
vaxtlı-vaxtında ödənilməsinin təmin edilməsi;
Əmək haqqı ödəniş
dövrünə uyğun olaraq müvafiq məlumatların 1C proqramına vaxtlı-vaxtında və düzgün şəkildə daxil olunmasının təmin
edilməsi;
Son haqq-hesab, bütün növ məzuniyyətlər, xəstəlik vərəqələri,
mükafatlar və digər ödənişlərin hesablanması və ödənilməsinin təmin edilməsi;
Ezamiyyə haqlarının hesablanması və ödənişlərinin vaxtında həyata
keçirilməsi;
Xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və birdəfəlik
ödənişlərin DSMF elektron portalında düzgün şəkildə rəsmləşdirilməsi;
Əmək haqqına dair daxil olan sorğu və sualların operativ şəkildə
cavablandırılması;
Vergi, DSMF və statistik orqanlara təqdim olunan
əməkhaqqı hesabatlarının hazırlanması və təqdim edilməsi;
Rəhbərlik
tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə
əsasən sənədləşmə;
5 günlük iş rejimi;
Əmək haqqı-1000 Azn;
Müasir
idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Əmək haqqı üzrə mühasib”
qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə
saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
