Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Direktorun gündəlik iş qrafikinin, görüş və iclaslarının planlaşdırılması və
koordinasiyası;
Direktor tərəfindən verilən tapşırıqların aidiyyəti
şəxslərə yönləndirilməsi və icrasının izlənilməsi;
Görüşlərin, iclasların
və işgüzar görüşlərin təşkil edilməsi;
Direktorun daxili və xarici
işgüzar yazışmalarının aparılması;
Rəsmi məktubların, hesabatların,
təqdimatların və digər sənədlərin hazırlanması;
Daxil olan sənədlərin və
məlumatların qəbul edilməsi, sistemləşdirilməsi və aidiyyəti üzrə yönləndirilməsi;
Direktorun işgüzar səfərlərinin və səfərlərlə bağlı təşkilati məsələlərin
koordinasiyası;
Şirkət daxilində struktur bölmələri ilə operativ
kommunikasiya və koordinasiyanın təmin edilməsi;
Görüşlərə gələn
tərəfdaşların və qonaqların qarşılanmasının təşkili;
Direktor üçün zəruri
məlumatların müxtəlif mənbələrdən toplanması və ümumiləşdirilməsi;
Tapşırıqların icra vəziyyəti barədə məlumatların hazırlanması və təqdim
edilməsi;
Sənədlərin və məlumatların məxfiliyinin qorunmasının təmin
edilməsi;
Direktorun verdiyi digər təşkilati və inzibati tapşırıqların
icrası.
Namizədə tələblər
Ali təhsil;
Direktor assistenti,
Executive Assistant, Personal Assistant və ya oxşar vəzifədə iş təcrübəsi;
Türk dilində sərbəst danışa və işgüzar yazışmalar apara
bilmək;
MS Office proqramları, xüsusilə Word, Excel və
PowerPoint ilə sərbəst işləyə bilmək;
İşgüzar yazışmaları düzgün
və peşəkar formada hazırlaya bilmək;
Güclü təşkilatçılıq və koordinasiya
bacarığı;
Yüksək kommunikasiya və təqdimetmə
bacarığı;
Operativ, məsuliyyətli və detallara diqqətli
olmaq;
Məxfi məlumatlarla düzgün və məsuliyyətli şəkildə işləyə
bilmək;
Nəzakətli, səliqəli və peşəkar görünüşə sahib
olmaq.
İş şərtləri
Əmək haqqı: 800 AZN NET
İş qrafiki: 6 günlük iş həftəsi
İş saatları: 08:30–17:30
Nahar: Şirkət tərəfindən təmin olunur
İş yeri: Ziya Bünyadov prospekti 20/61, Bakı
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Əlaqə: +994 10 243 79 41
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
