Vakansiya haqqında
Supertoys MMC komandamıza Satış Kanalları üzrə Bölmə Rəhbəri
axtarırıq!
Onlayn satış, korporativ satış, E-commerce və Marketplace istiqamətlərinin fəaliyyətini
vahid strategiya əsasında idarə edəcək, satış hədəflərinin yerinə yetirilməsini təmin edəcək və komandaların
effektiv fəaliyyətinə rəhbərlik edəcək təcrübəli mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri
Onlayn satış, korporativ satış, E-commerce və Marketplace komandalarının
fəaliyyətini idarə etmək;
Bütün satış kanalları üzrə strategiya və
inkişaf planlarının hazırlanmasını təmin etmək;
Satış hədəflərini
müəyyənləşdirmək, icrasına nəzarət etmək və nəticələri təhlil etmək;
Satış kanalları üzrə dövriyyənin və gəlirliliyin artırılması istiqamətində tədbirlər
görmək;
Komanda rəhbərləri və əməkdaşlar arasında iş bölgüsünü və
effektiv koordinasiyanı təmin etmək;
Hər bir satış istiqaməti üzrə KPI
göstəricilərini müəyyənləşdirmək və nəticələrə nəzarət etmək;
Onlayn
satış proseslərinin, müştəri müraciətlərinin və sifarişlərin effektiv idarə olunmasını təmin
etmək;
Korporativ müştərilərlə əməkdaşlığın genişləndirilməsi və yeni
satış imkanlarının yaradılması istiqamətində işləri təşkil etmək;
Marketplace platformalarında məhsul çeşidinin, qiymətlərin, kampaniyaların və satış
nəticələrinin idarə olunmasına nəzarət etmək;
E-commerce platformasının
satış effektivliyinin artırılması və inkişafı üzrə təşəbbüslər irəli sürmək;
Satış kanalları üzrə hesabatları təhlil etmək, nəticələrə əsaslanan qərarlar qəbul
etmək;
Digər struktur bölmələrlə koordinasiyalı fəaliyyəti təmin
etmək.
Namizədə tələblər
Satış və ya kommersiya sahəsində minimum 3 il iş təcrübəsi;
Rəhbər vəzifədə minimum 2 il idarəetmə təcrübəsi;
Onlayn satış, korporativ satış və E-commerce prosesləri üzrə bilik və
təcrübə;
Marketplace platformalarının iş prinsiplərini
bilmək;
Satış strategiyasının hazırlanması və icrası üzrə
təcrübə;
KPI sisteminin qurulması və satış göstəricilərinin təhlili
bacarığı;
Komanda idarəetməsi, motivasiya və koordinasiya
bacarıqları;
Analitik düşüncə və nəticəyönümlülük;
Güclü kommunikasiya, danışıqlar aparmaq və qərarvermə bacarığı;
MS Excel və hesabat alətləri ilə işləmək bacarığı.
1C və PowerBI işləmək bacarığı
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən
edilir;
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
