Vakansiya haqqında
Təsvir
Güclü texniki biliklərə və analitik yanaşmaya malik Texnologiya və Aşağı Gərginlik (AG)
sistemləri üzrə Mühəndis axtarışındayıq. Namizəd müxtəlif zəif axın sistemlərinin quraşdırılması, sazlanması və
mürəkkəb texniki nasazlıqların aradan qaldırılması proseslərini yüksək peşəkarlıqla həyata keçirməlidir.
Vəzifə öhdəlikləri
Texnologiya və Aşağı Gərginlik (Avtomatlaşdırma, CCTV, Giriş İdarəetmə, Yanğın
Aşkaretmə və s.) sistemlərinin çəkilişi, quraşdırılması və bərpasını həyata keçirmək;
Server otaqlarının və Rack kabinələrinin standarta uyğun yığılmasını təmin etmək, xəttlərin
başlıqlarının vurulması və test edilməsini yerinə yetirmək;
CAT5e/CAT6,
IP Video sistemləri və Fiber Optika xəttlərində yaranan qüsurları və texniki problemləri aradan
qaldırmaq;
Sistemlərin profilaktik xidmətini icra etmək, aparat və
proqram təminatı problemlərini həll etmək;
Bütün işləri təhlükəsizlik
norma və standartlarına (HSE) uyğun şəkildə aparmaq və görülən işlər üzrə hesabatlar
hazırlamaq;
Yeni çəkilən xəttlərin və quraşdırılan avadanlıqların texniki
pasportlaşdırılmasını həyata keçirərək, gələcək xidmət üçün dəqiq sənədləşmə bazasını yaratmaq;
Layihə icrası zamanı ortaya çıxan texniki uyğunsuzluqları operativ şəkildə təhlil etmək və
şöbə rəhbərinə alternativ həll yolları təklif etmək.
Tələblər
Radiotexnika və rabitə, İnformasiya texnologiyaları, Avtomatlaşdırma və idarəetmə,
Kompüter mühəndisliyi və ya Elektrik mühəndisliyi sahələri üzrə ali;
Aşağı Gərginlik (AG) və texnologiya sistemlərinin quraşdırılması və problemlərin aradan
qaldırılması sahəsində minimum 3 il iş təcrübəsi;
Analoq və rəqəmsal
sistemlər, CCTV texnologiyaları və şəbəkə anlayışları üzrə əsaslı biliklər;
Təhlükəsiz iş mühitinin yaradılması və prosedurlara riayət olunması sahəsində
biliklər;
Güclü qüsurların aşkarlanması, problem həll etmə və
alət-avadanlıqlarla işləmək bacarığı;
Mürəkkəb mühəndislik layihələrinin
oxunması, sxem və çertyojlar əsasında sahədə sərbəst işlərin icra edilməsi bacarığına malik
olmaq;
Texniki avadanlıqların funksional testlərini müstəqil şəkildə
həyata keçirmək və nəticələri rəsmiləşdirmək qabiliyyətinə sahib olmaq.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Könüllü tibbi sığorta
İşçinin inkişafı
üçün təlim, tədris proqramları
Rəqabətli əmək haqqı və bonus
sistemi
Korporativ tədbirlər
Korporativ loyallıq proqramına üzvlük
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
