Vakansiya haqqında
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Əməliyyatların
planlaşdırılması və nəzarəti üzrə menecer vəzifəsi üzrə vakansiya elan olunur.
Əsas vəzifə öhdəlikləri:
Layihələr üzrə iş qrafiklərinin hazırlanması və icrasına nəzarətin həyata
keçirilməsi;
Layihələrin icrası üçün zəruri resursların planlaşdırılması
və səmərəli bölüşdürülməsinin təşkili;
Planlaşdırılmış və faktiki
göstəricilərin müqayisəsinin aparılması, kənarlaşmaların müəyyən edilməsi və təhlili;
İşlərin gedişatının izlənilməsi, gecikmə risklərinin müəyyənləşdirilməsi və aradan
qaldırılması üçün təkliflərin hazırlanması;
Layihələr üzrə vaxt, resurs
və məhsuldarlıq göstəricilərinin təhlil edilməsi;
Müvafiq struktur
bölmələri ilə koordinasiyanın təmin edilməsi;
Əməliyyatların gedişi və
nəticələri barədə hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
Planlaşdırma proseslərinin təkmilləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması
istiqamətində təkliflərin verilməsi.
Namizədə dair tələblər:
Əməliyyatların planlaşdırılması, layihələrin idarə edilməsi və ya müvafiq sahə üzrə
iş təcrübəsi;
İş qrafiklərinin hazırlanması və resurs planlaşdırılması
üzrə bilik və bacarıqlar;
Ezamiyyətə açıq olmaq;
MS Excel proqramı üzrə yaxşı biliklər;
Analitik
düşünmə, məlumatların təhlili və hesabatların hazırlanması bacarığı;
Problemləri təhlil etmək və operativ həll yolları təklif etmək
qabiliyyəti;
Komandada işləmək və müxtəlif struktur bölmələri ilə
effektiv ünsiyyət qurmaq bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və
nəticəyönümlülük.
İş şəraiti:
İş yeri: Xırdalan;
İş qrafiki: 5 günlük
iş həftəsi;
Əmək haqqı: Müsahibə əsasında müəyyən
edilir.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Əməliyyatların
planlaşdırılması və nəzarəti üzrə menecer” qeyd etməkləMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
