Vakansiya haqqında
Təsvir
İstehsalat və Texnologiya tərəfi:
İstehsalat təcrübəsi ilə nəzarət:Süd məhsulları kateqoriyasındakı
(süd, qaymaq, xama, qatıq, kefir, ayran, kəsmik, pendir, yağ və digər süd məhsulları) məhsulların istehsalat
sahələrini, zavod daxili xətləri və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə
peşəkar nəzarət etmək.
Reseptura və Xammal
daxilolması:Məhsulların süd xammalını, yağlılıq faizini, zülal və quru maddə göstəricilərini, starter
kulturaları, stabilizator və digər texnoloji komponentləri, həmçinin formulunu (resepturasını) mükəmməl bilmək,
fabrikin təqdim etdiyi keyfiyyətin standartlara uyğunluğunu (dad, qoxu, konsistensiya, yağlılıq, pH, quru maddə və
s.) texnoloji cəhətdən yoxlamaq.
Xammal auditi:Süd və
süd məhsullarının istehsalında istifadə olunan xammal növlərini, keyfiyyət göstəricilərini və bazar qiymətlərini
təhlil edərək istehsalçı ilə texniki kommunikasiya qurmaq və xammalın dəyişdirilməsi və ya keyfiyyətinin aşağı
salınması nəticəsində yarana biləcək risklərin qarşısını almaq.
Satınalma və Kommersiya tərəfi:
Strateji satınalma: Süd məhsulları kateqoriyası üzrə satınalma
strategiyasını qurmaq, yerli və xarici istehsalçı və təchizatçıları qiymətləndirmək, kommersiya baxımından şirkətə
ən optimal gəlirliliyi (marjanı) təmin etmək.
Müqavilə və Qiymət
danışıqları:İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, minimum sifariş həcmi, logistika, soyuq zəncir
və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.
Maya dəyərinin (Cost) idarə edilməsi:Süd xammalı, digər xammallar,
qablaşdırma, istehsal, enerji, soyuq zəncir və logistika xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya
dəyərini formalaşdırmaq.
İş qrafiki: 5 gün, 09:00-18:00
Namizədə olan tələblər:
Təhsil:Ali təhsil (Qida mühəndisliyi, Qida texnologiyası, Süd
məhsullarının texnologiyası, Kimya texnologiyası və ya müvafiq texniki sahə).
Təcrübə: Pərakəndə satış (Retail), FMCG və ya qida sektorunda Satınalma
/ Kateqoriya idarəedilməsi (Süd və süd məhsulları sahəsində birbaşa istehsalatda/süd zavodunda texnoloq,
istehsalat və ya keyfiyyət) üzrə minimum 5 il, 2 il rəhbər vəzifədə olmaqla iş
təcrübəsi,
Sektor və Bazar Biliyi:Həm süd sənayesinin
istehsalat və texnoloji qaydalarını, həm də pərakəndə sektorunun müştəri tələbi, məhsul portfeli və satınalma
proseslərini eyni dərəcədə yaxşı bilmək.
Süd xammalı üzrə
bilik:Südün yağlılıq, zülal, quru maddə, turşuluq və digər əsas keyfiyyət göstəricilərini, südün qəbul və
saxlanma şərtlərini, həmçinin müxtəlif süd məhsullarının istehsal texnologiyalarını praktiki səviyyədə
bilmək.
Keyfiyyət və qida təhlükəsizliyi:Süd
məhsullarında mikrobioloji təhlükələr, BRCGS, FSSC 22000, ISO 22000, HACCP prinsipləri, soyuq zəncir,
sanitariya-gigiyena tələbləri və məhsulun keyfiyyət göstəriciləri üzrə praktiki biliklərə malik
olmaq.
Təchizatçı təcrübəsi:Yerli və xarici süd
məhsulları istehsalçıları və təchizatçılarla işləmə, fabrik auditləri və məhsul keyfiyyətinin qiymətləndirilməsi
üzrə təcrübəyə malik olmaq.
Dil Bilikləri:Azərbaycan
dili (mükəmməl), İngilis və ya Rus dili (mütləqdir).
Şəxsi
Keyfiyyətlər:Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və
qərarvermə
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Nəqliyyat
xidməti
Karyera yüksəlişi
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
